Məqsəd Tehranın nüvə və raket proqramının məhvı olmalıdır- Eisenkot
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
İDDİA: Tehran görüşündən öncə zalda dinləmə cihazı tapılıb
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Yəmən qüvvələri: 24 saat ərzində İranın dəstəklədiyi husilərin 382 üzvü öldürülüb
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Fevralın 28-dən mayın 9-dək 4 mindən çox şəxs həbs edilib, yanvar etirazları ilə bağlı 29 nəfər edam olunub
Azərbaycan Prezidenti: Özümüzü yarana biləcək istənilən çətinlikdən qorumaq üçün lazımi tədbirlər görməliyik
Prezident: Kiminsə bizə nəyisə diktə edə biləcəyi barədə əsassız düşüncələr bundan sonra da qətiyyətli mövqeyimizlə qarşılanacaq
Azərbaycan lideri: Dövlətçiliyimizi, müstəqilliyimizi və həyat tərzimizi qorumaq üçün qətiyyətli olmalıyıq
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Qərbi Azərbaycanda bu qədər mədən ehtyatı var- Rəsmi
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Pezeşkian Moskvadadır
KİV: Yəməndə SEPAH-ın Qüds Qüvvələri komandiri öldürülüb
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib
Müharibə repressiyaları gücləndirib- Mai Sato
Şəbistərdə silahlı insident- Ölən var
SEPAH İraqın şimalında kürd bazalarını vurdu
Ərəb koalisiyası Husilərin raket anbarlarını məhv etdi
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi
Azərbaycanla Özbəkistan arasında iki saziş təsdiqlənib
İranın birinci vitse-prezidenti azərbaycanlı qızlarla bağlı fərman verdi
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Ocanda əfqanistanlılar həbs edilib
ETN: İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir
Nazirlik: İranda Azərbaycan dilində məktəb yoxdur, azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Müharibəyə görə İranda daha dörd nəfər həbs edildi
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
İran ABŞ-yə Pakistan vasitəsilə yeni təklif göndərib
Səmərqənd ətrafında diplomatik gərginlik: Özbəkistan İrana rəsmi etiraz notası verdi
Tahir Nəqəvi məcburi etiraf üçün təzyiqlərlə üzləşir
Salar Taher Əfşarın ikinci doğum günü həbsxanada keçir
Pezeşkian: “Nə müharibə, nə sülh” vəziyyəti insanları çörək dərdinə salıb
Təbriz meriyasının sürücüləri maaş əvəzinə işdən çıxarılmaqla hədələnirlər
Tramp: Ya İran razılaşacaq, ya da işi bitirəcəyəm
Luis Mariya de Puç bu fikri Yerevanda da səsləndirəcəyini vəd etdi Dünən Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Luis Mariya de Puçun Azərbaycana səfəri başlayıb. Bakıda yurnalistlərin suallarını cavablandıran AŞ PA prezidenti qeyd edib ki, Azərbaycana səfəri zamanı hakimiyyət nümayəndələri ilə aparacağı danışıqlarda demokratiyanın daha da təkmilləşdirilməsi xüsusilə diqqət mərkəzində olacaq. "Mən tam əminəm ki, Azərbaycan artıq demokratiya yolundadır, ölkədə insan hüquqlarına riayət olunur, eyni zamanda hüquqi dövlət qurulur" - deyə o bildirib. AŞ PA prezidenti əlavə edib ki, Bakıda hakimiyyət və parlament nümayəndələri ilə aparacağı danışıqlarda demokratiyanın inkişaf etdirilməsi, insan hüquqlarının qorunması və hüquqi dövlət quruculuğu prosesində Avropa Şurasının hansı yardımlar edə biləcəyini müzakirə edəcək. L.M.Puç bildirib ki, Azərbaycan Avropa Şurası qarşısında demokratiya, qanunun aliliyi və insan haqları ilə bağlı götürdüyü öhdəliklərə sadiqdir. Onun sözlərinə görə, səfərdə məqsədi AŞ PA-nın yay sessiyasında Azərbaycanla bağlı qəbul edilən qətnamənin yerinə yetirilməsinə dair danışıqlar aparmaqdır. "Azərbaycana səfərim xoşməramlı xarakter daşıyır. Mənim Azərbaycanda hər hansı təftiş aparmaq məqsədim yoxdur. Müvafiq qətnamənin yerinə yetirilməsi üçün Azərbaycana əlimdən gələn köməyi etmək istəyirəm" - deyə AŞ PA prezidenti vurğulayıb. L.M.Puç yurnalistlərin AŞ PA-nın Ermənistanda bu ilin fevralında keçirilən prezident seçkisindən sonra baş verən hadisələrə adekvat reaksiya verməməsi ilə bağlı sualını cavablandırmaqdan imtina edib. O deyib ki, Bakıya Erəmnistanda baş verən prosesləri şərh etmək üçün yox, Azərbaycanla bağlı danışıqlar aparmaq üçün gəlib: "Yalnız onu deyə bilərəm ki, AŞ PA bu yaxınlarda Azərbaycanda demokratik institutların fəaliyyəti ilə bağlı qətnamə qəbul edib. Həmin sənəddə Azərbaycanın ərazi bütövlüyü tanınıb. Avropa Şurası Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir". Artıq dünəndən AŞ PA prezidenti Bakıda görüşlərə başlayıb. İlk görüşlər Milli Məclisdə keçirilib. L.M.Puç əvvəlcə Milli Məclisdə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinün üzvləri ilə görüşüb. Qonaqları salamlayan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib ki, Azərbaycan 2001-ci ildən Avropa Şurasının tamhüquqlu üzvüdür. Azərbaycan nümayəndə heyəti AŞ PA-nın toplantılarında fəal iştirak edir. S.Seyidov L.M.Puçun AŞ PA prezidenti kimi ilk səfərini Azərbaycana etməsini alqışlayıb. Nümayəndə heyətinin rəhbəri xatırladıb ki, L.M.Puçla münasibətləri o, hələ AŞ PA prezidenti seçilməmişdən əvvəl də mövcud olub. Həmin vaxt Azərbaycan nümayəndə heyəti ilə sıx əlaqələri olan L.M.Puç problemlərimizə də obyektivliklə yanaşıb. Nümayəndə heyətinin rəhbəri L.M.Puçun AŞ PA prezidenti kimi də bu mövqeyi davam etdirəcəyinə inandığını bildirib. S.Seyidov İspaniya vətəndaşı olan AŞ PA prezidentini İspaniya yığmasının Avropa çempionatındakı qələbəsi münasibəti ilə təbrik də edib. Təbrikə görə təşəkkürünü bildirən AŞ PA prezidenti qələbəyə görə çox sevindiyini bildirib. O qeyd edib ki, sevincli olmasının əsas səbəbi İspaniya yığmasının çempion olması deyil, qələbənin layiqli qazanılmasıdır. AŞ PA prezidenti bu vəzifədə ilk səfərini Cənubi Qafqaz ölkələrinə etməsindən şad olduğunu bildirib. "İnanıram ki, Bakıda keçirəcəyimiz görüşlər çox maraqlı alınacaq. Azərbaycan və Avropa Şurası birgə qəbul etdikləri yolu bundan sonra da birgə davam etdirəcəklər" - deyə L.M.Puç vurğulayıb. Öz növbəsində S.Seyidov Azərbaycanın Avropaya inteqrasiya, Avropa dəyərlərinə hörmətlə bağlı seçdiyi yolu bundan sonra da davam etdirəcəyini bildirib. Günün ikinci yarısında L.M.Puç Milli Məclisdə təmsil olunan siyasi partiyaların rəhbərləri ilə görüşüb. Qonağı salamlayan hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, millət vəkili Əli Əhmədov bu səfərin Avropa Şurası ilə Azərbaycan arasında əlaqələrin inkişafına xidmət etdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan üzv olduğu bütün beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq edir və bu əməkdaşlığın faydasını yüksək qiymətləndirir: "Hesab edirik ki, bütün bunlar Azərbaycanın demokratiya yolunda inkişafına böyük kömək göstərir. Arzu edirik ki, bu əməkdaşlıq daha da səmərəli və faydalı olsun". Ermənistanın Azərbaycana qarşı təcavüzünə toxunan YAP-ın sədr müavini deyib ki, torpaqlarımızın 20 faizinin işğal olunması və bununla da resurslardan tam istifadə edilə bilməməsi ölkəmizin hərtərəfli inkişafına çətinlik törədir. "Bu münaqişənin həllində AŞ PA imkanı daxilində daha effektli kömək göstərməlidir. Azərbaycan qarşılaşdığı bu problemin həllində beynəlxalq qurumların daha qətiyyətli fəaliyyət göstərməsini tələb etmək haqqına malikdir. Məhz Azərbaycan ictimaiyyətinin beynəlxalq təşkilatlara münasibətində də bu məsələ əsas götürülür. İctimai rəydə belə bir fikir var ki, bəzi hallarda beynəlxalq qurumlar ikili standartlar deyilən ədalətsizliyə yol verirlər. Cənubi Qafqaz regionunda ədalətin bərqərar olunması üçün Ermənistanın Azərbaycana qarşı təcavüzünün aradan qaldırılması istiqamətində beynəlxalq qurumlar əməli tədbirlər görməlidir və bu prosesin həyata keçirilməsində dəyişikliyə ehtiyac var" - deyə Ə.Əhmədov vurğulayıb. Öz növbəsində AŞ PA-nın sədri L.M.Puç Azərbaycana səfər etməsindən məmnun olduğunu bildirib: "Azərbaycana səfərimin məqsədi problem axtarmaq deyil, demokratik inkişaf prosesi ilə bağlı dialoqu davam etdirmək və bu yolda daha da irəli getmək üçün yardım göstərməkdir. AŞ PA Azərbaycanda son illər həyata keçirilən demokratik islahatları dəstəkləyir. Həqiqətən ölkənizdə insan haqlarına riyaət olunur, hüquqi dövlət qurulur. Artıq bu istiqamətdə Azərbaycan yüksək nailiyyətlər qazanıb". O həmçinin deyib ki, Avropa Şurası Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. "Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal olunub. Amma buna baxmayaraq, Avropa Şurası Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, beynəlxalq sənədlərdə əksini tapmış sərhədlərini tanıyır. Bu fakt AŞ PA-nın yay sessiyasında qəbul olunmuş qətnamədə bir daha qeyd edilib. Bir həftə sonra Ermənistana səfərim zamanı da bu fikirləri orada səsləndirəcəyəm" - deyə AŞ PA sədri qeyd edib. Dünən qonağı Milli Məclisin sədri Oqtay Əsədov da qəbul edib. AŞ PA prezidenti görüşdə Azərbaycanda insan haqlarının qorunmasını yüksək qiymətləndirib. O, Azərbaycanla AŞ PA arasında əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini, Azərbaycan nümayəndə heyətinin qurumun sessiyalarına aktiv qatıldığını bildirib. Öz növbəsində Milli Məclisin sədri O.Əsədov L.M.Puçun Azərbaycana səfərini yüksək qiymətləndirib. Spiker AŞ PA prezidenti ilə Strasburqda və Sankt-Peterburqda keçirdiyi görüşlərin əhəmiyyətli olduğunu vurğulayıb: "Milli Məclis dünyanın müxtəlif beynəlxalq təşkilatları, o cümlədən Avropa Şurası ilə uğurlu əməkdaşlıq edir". Xatırladaq ki, AŞ PA prezidenti Bakıda vətəndaş cəmiyyəti təmsilçiləri, KİV və diplomatik korpusun nümayəndələri ilə də görüşlər keçirəcək. L.M.Puç səfər zamanı Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rasizadə və xarici işlər naziri Elmar Məmmədyarovla görüşməyi də planlaşdırır. İlham QULİYEV kaspi
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
Əhvaz ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Təbrizdə iki hüquqşünas həbs edilib
İraq da İranla sərhəddi bağladı
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
İranda dollar yenidən bahalaşmağa başladı
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu