SON XƏBƏRLƏR

Azərbaycan dünyanın ən xoşbəxt ölkələri siyahısında!

2021.10.20, 07:36
Azərbaycan dünyanın ən xoşbəxt ölkələri siyahısında!

Gunaz.tv
18:28 01-07-2008 Bir qrup alimin apardığı sosioloji araşdırma Danimarka əhalisinin özünü daha xoşbəxt hiss etdiyini göstərib. Lent.az-ın “ForUm” saytına istinadən verdiyi məlumata görə, ən bədbəxt insanlar Ermənistan və Zimbabvedə yaşayır. Tədqiqatçılar komandasının rəhbəri, ABŞ-ın Miçiqan universitetinin politoloqu Ronald İnqlhart Danimarkanın “xoşbəxtliyini” ölkənin dinc və varlı olması ilə əlaqələndirib: “Danimarka dünyanın ən varlı ölkəsi olmasa da, ən varlı ölkələrindən biridir”. Qeyd edək ki, Danimarkanın “xoşbəxtlik” indeksi 4,24 təşkil edib. Onun ardınca Puerto-Riko, Kolumbiya, İslandiya, Şimali İrlandiya gəlir. ABŞ siyahıda 16-cı yeri tutur. Keçmiş sovet respublikalarının çoxu 97 ölkədən ibarət siyahıda axırıncı yerlərdən birini tutur. Məsələn, Rusiya və Gürcüstan 81-ci yeri bölüşüblər. Onların hər ikisi mənfi göstəriciyə malikdir (-1,01). Latviya (79-cü yer, -0,75), Litva (78-ci yer, -0,70), Estoniya (76-cı yer, -0,36) Rusiyanı azacıq qabaqlayıblar. Ukrayna, Belarus və Moldova geridədir. Ermənistan isə Zimbabve ilə bir yerdə siyahını tamamlayır. Keçmiş sovet respublikalarından ancaq Qırğızıstan (1,59) və Azərbaycan (0,13) müsbət göstəriciyə malikdir. Qeyd edək ki, mənfi göstərici ölkə əhalisinin özünü bədbəxt, müsbət göstərici isə xoşbəxt hiss etdiyini bildirir. Sorğuda 350 min adam iştirak edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar