SON XƏBƏRLƏR

İranda sərnişin avtobusu aşdı

2021.10.20, 07:36
İranda sərnişin avtobusu aşdı

Gunaz.tv
16:16 01-07-2008 Bu gün səhər İranda sərnişin avtobusunun aşması nəticəsində ən azı 25 nəfər ölüb. Lent.az-ın İran televiziyasına istinadən verdiyi məlumata görə, daha 25 nəfər ağır yaralanıb. Telekanalın məlumatına görə, hadisə Tehran-Qum yolunun 35-ci kilometrində baş verib. Yəzd şəhərindən Suriyaya gedən avtobus yolu ikiyə bölən maneəyə çırpılaraq aşıb. Hələlik faciənin baş vermə səbəbləri bəlli deyil. Yaralananlar hamısı xəstəxanaya yerləşdirilib. Onlardan bir neçəsinin ölüm ayağında olduğu vurğulanır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar