SON XƏBƏRLƏR

“QUZEY KIBRIS FƏSİLLƏRİ” VƏ “QUZEY KIBRIS SÜİTASI” ƏSƏRLƏRİ NƏŞR ETDİRİLMİŞDİR

2021.10.20, 07:36
“QUZEY KIBRIS FƏSİLLƏRİ” VƏ “QUZEY KIBRIS SÜİTASI” ƏSƏRLƏRİ NƏŞR ETDİRİLMİŞDİR

Gunaz.tv
“QUZEY KIBRIS FƏSİLLƏRİ” VƏ “QUZEY KIBRIS SÜİTASI” ƏSƏRLƏRİ NƏŞR ETDİRİLMİŞDİR AzərTAc xəbər verir ki, ölkəmizdə Şimali Kipr Türk Cümhuriyyəti təmsilçiliyi xalq artisti, Bakı musiqi akademiyasının professoru, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli bəstəkar Tofiq Bakıxanovun Şərq xalq musiqisi əsasında yazdığı əsərlərin davamı olaraq Şimali Kiprin folklorundan bəhrələnərək skripka və fortepiano üçün yazdığı “Quzey Kıbrıs fəsilləri” (7 hissə) və “Quzey Kıbrıs süitası” (7 hissə) əsərlərini nəşr etdirmişdir. Bakı musiqi akademiyasının dosenti, sənətşünaslıq namizədi Hökumə Əliyevə məcmuəyə ön sözündə əsərlərin əhəmiyyətindən danışaraq yazır ki, T.Bakıxanov Kipr musiqisinə muraciət etməklə xaricdə Azərbaycan professional klassik musiqisinin özəlliklərini tanıtmaqla yanaşı, həmin məmləkətlə ölkəmiz arasındakı mədəni əlaqələrin genişləndirilməsində mühüm rol oynayır. Məcmuədəki əsərlərdə bəstəkar Kipr melodiyalarını sadəcə işləyib təqdim etmir, həm də o, tarixən eyni kökə malik türk xalqlarının musiqi təfəkkür tərzini professional səviyyədə ortaya qoyur. Bəstəkarın Kipr mövzulu əsərləri milli musiqimizin, Şərq musiqi mədəniyyətinin ən zərif incilərini təbliğ edir, gənc kadrların oriyental düşüncə tərzinin inkişafında da böyük rol oynayır. Ümumiyyətlə, Tofiq Bakıxanovun Şərq mövzulu əsərləri böyük mənəvi estetik əhəmiyyət daşıyır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar