SON XƏBƏRLƏR

İranda İsrail üçün çalışan casus edam olunacaq

2021.10.20, 07:36
İranda İsrail üçün çalışan casus edam olunacaq

Gunaz.tv
edam-.jpg İranda İsrail üçün çalışan casus edam olunacaq İranın inqilab məhkəməsi, ölkənin hərbi obyektlərini hərbi və təhlükəsizlik sisitemləri ilə təchiz edən ticarət şirkətinin əməkdaşı Əli Əştarini İsrailin xeyrinə casusluqda günahlandıraraq, ölüm hökmünə məhkum edib. Yerli KİV-in yaydığı xəbərə görə, 2007-ci ildə həbs edilmiş Əli Əştari İsrailə İranın hərbi, müdafiə və tədqiqat mərkəzləri, ölkənin nüvə energetikası barədə konfidensial məlumatlar ötürürmüş. O, həmçinin İranın nüvə energetikası üzrə ekspertləri ilə İsrail casusları arasında əlaqə yaratmağa cəhddə ittiham olunub. 45 yaşlı Əli Əştarinin kəşfiyyat orqanı olan Mossadla əməkdaşlıq etdiyini boynuna alıb. O, bu əməkdaşlıq çərçiəvsində İsrail casuslarından 50 min avro aldığını da bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar