SON XƏBƏRLƏR

Hərəkatçı Xoy türməsinə göndərildi. İbrahim Cəfərzadə 1 il həbsdə qalacaq

2021.10.20, 07:36
Hərəkatçı Xoy türməsinə göndərildi. İbrahim Cəfərzadə 1 il həbsdə qalacaq

Gunaz.tv
Hərəkatçı Xoy türməsinə göndərildi İbrahim Cəfərzadə 1 il həbsdə qalacaq Bir müddət öncə həbs edilmiş Güney Azərbaycan Milli Hərəkat fəalı İbrahim Cəfərzadə Xoy türməsinə göndərilib. GAMOH-un Quzey Azərbaycan təmsilçiliyindən "OLAYLAR"a daxil olan məlumata görə, hərəkatçı 1 il həbsdə qalacaq. Qeyd edək ki, İ.Cəfərzadə may hadisələrinə hazırlıqla bağlı təşkilatçılığa görə həbs edilmişdi. olaylar ------------------------------------------------------------------------ İraq nefti dünya nəhəngləri arasında bölündü Hökumət BP, Exxon Mobil, Shell və Total kompaniyaları ilə uzunmüddətli sazişlər bağlanıb İraq hökuməti ölkənin nəhəng neft ehtiyatlarının işlənilməsi üçün xarici yardımın artırılmasını nəzərdə tutan yeni planlar açıqalyıb. Bu məqsədlə dünyanın 4 aparıcı neft şirkətləri olan BP, Exxon Mobil, Shell və Total kompaniyaları ilə uzunmüddətli sazişlər əldə olunub. Bir sıra digər xarici şirkətlər isə neft hasılatını artırmaq üçün texniki yardım təmin etmək üçün dəvət olunublar. Yeni plan İraqın əsas neft yataqalrından 6-nı əhatə edir. Onlardan bəziləri dünyanın ən böyük neft yataqları hesab olunurlar. Onların həm də gələcəkdə son dərəcədə böyük potensiala malik olduğu zənn edilir. Həmin yataqlarda 115 milyard barrel neftin olduğu təxmin edilir. Ümid olunur ki, xarici yardım sayəsində növbəti 2 il ərzində İraqın neft hasilatı hazırki gündə 2 milyon yarın barreldən 3 milyon barrülə qədər artacaq. Bu isə ölkə iqtisadiyyatına güclü təkan verəcək. Bir çoxlarının zənnincə, İraqın işlənilməmiş neft sərvətləri Amerika Birləşmiş Ştatlarının bu ölkəyə hərbi müdaxilə etməsinin əsas səbəbi idi, halbuki Amerikanın özü bu amili təkidlə rədd edir. Təəcüblü deyil ki, Rusiya, Çin və Hindistan, eləcə də Avropa və Amerikanın özünün onlarla şirkəti İraqdakı bu işlərə cəlb olunmağa can atırlar. Lakin bu məsələdə əsaslı bir irəliləyiş baş verənə qədər İraq parlamenti Neft Qanunu razılaşdırmalıdır. Bu qanun çərçivəsində neft gəlirlərinin ölkə daxilində neçə paylaşdırılacağı müəyyən edilməlidir, bu isə, bir çox təhlilçilərin fikrincə, çətin bir iş ola bilər. Xəbər Xidməti bizimyol

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar