SON XƏBƏRLƏR

Batumda Azərbaycan, Ukrayna və Gürcüstan prezidentlərinin üçtərəfli görüşü keçirilib

2021.10.20, 07:36
Batumda Azərbaycan, Ukrayna və Gürcüstan prezidentlərinin üçtərəfli görüşü keçirilib

Gunaz.tv
Batumda Azərbaycan, Ukrayna və Gürcüstan prezidentlərinin üçtərəfli görüşü keçirilib aliyev-saakashvili-yushenko.jpg Bakı. Laçın Sultanova-APA. Batumda GUAM-ın 3-cü sammiti çərçivəsində Azərbaycan, Ukrayna və Gürcüstan prezidentləri İlham Əliyev, Viktor Yuşşenko və Mixail Saakaşvili arasında üçtərəfli görüş keçirilib. APA-nın məlumatına görə, görüşdə GUAM-ın problemləri və perspektivləri müzakirə olunub. Sammit çərçivəsində həmçinin “GUAM+ABŞ” formatında görüş keçirilib, birgə bəyanat qəbul edilib. Görüşdə GUAM-a sədrlik edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, milli koordinator Araz Əzimov, GUAM-ın baş katibi Valeri Çeçelaşvili, Gürcüstanın xarici işlər nazirinin müavini Nino Kalandadze, ABŞ tərəfdən isə dövlət katibinin köməkçisi Devid Merkel iştirak ediblər. Tərəflər siyasi əməkdaşlıq, gələcək əməkdaşlığın perspektivləri, ticarət, nəqliyyat, sərhədlərin təhlükəsizliyi, vergi sahəsi, terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə yeni layihələri müzakirə ediblər. “GUAM+ABŞ” formatında növbəti görüş BMT Baş Assambleyasının sentyabrda Nyu-Yorkda keçiriləcək 63-cü sessiyası çərçivəsində baş tutacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar