SON XƏBƏRLƏR

Elçibəy imam kimi kişidir.Zeynəb Xanlarova

2021.10.20, 07:36
Elçibəy imam kimi kişidir.Zeynəb Xanlarova

Gunaz.tv
«Elçibəy imam kimi kişidir» gcjzmmlr.jpg Zeynəb Xanlarovanın Elçibəylə bağlı ən maraqlı xatirələri Müğənni-deputat: «Deyirəm, dörd ildən sonra onun yerinə gələn təzə prezident Elçibəyi təriflədiymə görə məni vətən xaini etməyəcək ki…» İndi sizə təqdim edəcəyimiz müsahibə son dərəcə maraqlıdır. Ona görə ki, həm söhbətlərin hər ikisi Azərbaycan cəmiyyətinə tanış simadır- Zeynəb Xanlarova və müxbir Səyyad Aran (hazırda İstanbuldakı konsulumuz). Müsahibədə Zeynəb xanım müxtəlif mövzulardan danışıb, biz isə oxucularımıza ən maraqlı gələn bir hissəni təqdim edirik. Qeyd edək ki, müsahibə 1993-cü ildə «Səs» qəzetində dərc olunub: - Yeri gəlmişkən, Əbülfəz Elçibəylə görüşürsünüzmü? - Bəli. - Nə vaxt? - Bu yaxınlarda bir ay olmaz. - Nə münasibətlə? - Məişət zəminində bir-iki məsələ vardı. - Sizi necə qarşıladı? - Çox böyük hörmətlə. - İşinizi həll etdimi? - Əlbəttə. Axı mən Zeynəb Xanlarovayam, dünyaya Azərbaycanı az tanıtmamışam. - Əbülfəz Elçibəy sizə necə təsir bağışladı? Əvvəl tanışlığınız vardımı? - Imam kimi! Doğurdan da, deyilmişkən vardır: təmiz adamdır, tərbiyəli kişidir. Əvvəllər sessiyada görüşmüşdük, münasibətlərimiz «salaməleyk»dən ibarət olub. O, hamı ilə ədəblə, nəzakətlə görüşürdü. Alimdir də, balam, çox oxuyub, öyrənib, dünyanın hər üzünü görüb... Ay Səyyad, ay Aran.. - Bəli. - Deyirəm, sağlıq, olsun dünyadı də, görəsən, dörd ildən sonra onun yerinə gələn təzə prezident, yeni hakimiyyət indi də Əbülfəz Elçibəyi tərfilədiyimə görə bu sözlərim üstündə bir vaxt məni də düşmən, vətən xaini elan etməyəcək ki? Natiq bizimyol

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar