SON XƏBƏRLƏR

Təbrizdə vərəqələr yayılıb. Əhali Bəzz yürüşünə dəvət edilib

2021.10.20, 07:36
Təbrizdə vərəqələr yayılıb. Əhali Bəzz yürüşünə dəvət edilib

Gunaz.tv
Təbrizdə vərəqələr yayılıb Əhali Bəzz yürüşünə dəvət edilib Güney Azərbaycan Milli Hərəkatı Babək qalasına yürüşə hazırlaşır. GAMOH-un Quzey Azərbaycan təmsilçisi Ağrı Qaradağlının "OLAYLAR"a verdiyi məlumata görə, Təbrizdə, Urmiya, Sulduz və Ərdəbildə yürüşə hazırlıqla bağlı vərəqələr yayılıb. Vərəqələrdə Güney Azərbaycan xalqı Bəzz qalasına yürüşə dəvət edilir. Yürüşün iyulun 5 və 6-da keçiriləcəyi gözlənilir. İran rejimi Bəzz qalasına gedən yolları mühasirəyə alsa da, Milli Hərəkat aksiyanın keçiriləcəyini bildirib. olaylar ----------------------------------------------------------------------- Ukrayna təbii qazla bağlı problemlərini azaltamaq üçün Azərbaycana yeni layihə təqdim edib "Ağ axın" adlı yeni layihə Avropanı alternativ qazla təmin edəcək marşrut kimi də təqdim olunur Rusiyadan təbii qazın qiymətinin 2 dəfə artırılacağı barədə ultimatum alan rəsmi Kiyev yarana biləcək problemi həll etmək üçün Azərbaycanın da iştirakçısı ola biləcək yeni ideya irəli sürüb. Ukrayna Qara dənizin dibiylə çəkiləcək və Gürcüstanı bu ölkə ilə birləşdirəcək qaz kəmərini “Ağ axın” layihəsini təklif edir. Bu kəmər Avropanı alternativ qazla təmin edəcək marşrutu kimi də təqdim olunur. Bu ideya Ukrayna və Rusiya prezidentlərinin Azərbaycana səfəri ərəfəsində gündəmə gəlib. İdeyaya görə, Azərbaycandan gələn qazın bir hissəsi Gürcüstan ərazisi ilə Qara dənizə istiqamətlənir və dənizin dibi ilə Ukraynaya daşınır. Texniki cəhətdən bu mümkündür. Gürcüstan şahdəniz qazından ona düşən payı Bakı-Tiflis-Ərzurum qaz kəmərinin üzərindəki xüsusi qurğu vasitəsilə götürür. Kəmərin operatoru olan “Bp Azərbaycan” şirkətindən bildirirlər ki, əgər ölkələr arasında razılaşma əldə olunsa, kəmərdən lazım olan qədər qazı götürmək texniki cəhətdən mümkündür və bu problem deyil. Amma “Ağ axın” məsələsi təkcə texniki problemlərdən asılı deyil. İndi regiondakı qaz kəmərləri və qaz hasilatıyla bağlı vəziyyəti nəzərə alanda Ukrayna tərəfinin təklifi ən yaxşı halda 5-6 ildən sonra reallaşa bilər. Layihəyə ən yaxın olan Azərbaycanın şahdəniz yatağından indi çıxan qazın alıcıları məlumdur. Ukrayna tərəfi “Ağ axın” üçün lazım olan qazı şahdəniz yatağının işlənməsinin 2-ci mərhələsindən ala bilər. Amma bu mərhələ çərçivəsində də qaz hasilatı hələ 4-5 ildən sonra başlanacaq. Həmin qazı almaq istəyənlər isə çoxdur. Layihənin kommersiya operatoru olan “Statoil hidro Azərbaycan” şirkəti isə bildirir ki, həmin qaz yalnız iki istiqamətə Nabukko və Yunanistan-İtaliya marşrutlarıyla axacaq. /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar