SON XƏBƏRLƏR

GUAM-ın SAMMİTİ BAŞLAYIB

2021.10.20, 07:36
GUAM-ın SAMMİTİ BAŞLAYIB

Gunaz.tv
GUAM-ın SAMMİTİ BAŞLAYIB Bu gün(1 iyul) GUAM dövlət başçılarının üçüncü sammitində iştirak etmək üçün Batumiyə yola düşən Azərbaycan prezidenti İlham Əliyevin və Gürcüstan prezidenti Mixail Saakaşvilinin iştirakı ilə Batumidə gürcü ailəsinin mənzilində - Qaydar Abaşidze küçəsindəki 2 saylı evin 21-ci mənzilində Azərbaycan qazı yandırılıb. AzərTAc xəbər verir ki, sonra prezidentlər mənzilin sakinləri ilə çay süfrəsi arxasında söhbət ediblər. «Media forum» saytı Gürcüstan KİV-inə istinadla xəbər verir ki, sammit çərçivəsində «GUAM-ABŞ» formatında görüş keçirilib. Görüşdə Gürcüstanın xarici işlər nazirinin müavini Nino Kalandadze, onun azərbaycanlı həmkarı, GUAM-ın milli koordinatoru Araz Əzimov, Moldova xarici işlər və Avropaya inteqrasiya nazirinin müavini Valier Ostalep, Ukrayna xarici işlər nazirinin müavini Aleksandr Xorin, ABŞ dövlət katibinin müavini Devid Merkel və GUAM-ın baş katibi Valeri Çeçelaşvili iştirak ediblər. Görüşdə siyasi əməkdaşlıq, gələcək əlaqələrin perspektivləri, ticarət, nəqliyyat, sərhədlərin təhlükəsizliyi, maliyyə məsələləri, terrorizmə və mütəşəkkil cinayətkarlığa qarşı birgə mübarizə ilə bağlı yeni layihələr müzakirə olunub. Sammitin rəsmi açılışı saat 16-da başlayıb. Tədbirdə Gürcüstan, Polşa, Ukrayna, Azərbaycan və Litva prezidentləri Mixail Saakaşvili, Lex Kaçinski, Viktor Yuşşenko, İlham Əliyev və Valdus Adamkus iştirak edirlər. Moldova prezidenti sammitə qatılmayıb. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar