SON XƏBƏRLƏR

AŞPA SƏDRİ LUİS MARİYA DE PUİG DAĞLIQ QARABAĞI ERMƏNİSTANIN İŞĞAL ETDİYİNİ YEREVANDA DA DEMƏYƏ BOYUN OLDU

2021.10.20, 07:36
AŞPA SƏDRİ LUİS MARİYA DE PUİG DAĞLIQ QARABAĞI ERMƏNİSTANIN İŞĞAL ETDİYİNİ YEREVANDA DA DEMƏYƏ BOYUN OLDU

Gunaz.tv
AŞPA SƏDRİ LUİS MARİYA DE PUİG DAĞLIQ QARABAĞI ERMƏNİSTANIN İŞĞAL ETDİYİNİ YEREVANDA DA DEMƏYƏ BOYUN OLDU Avropa Şurası Parlament Assambleyasının sədri Luis Mariya de Puig bu gün parlamentdə siyasi partiyaların nümayəndələri ilə görüşdə Ermənistanın Dağlıq Qarabağı işğal etdiyini söyləyib: «Avropa Şurası Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. Mən bir həftədən sonra Ermənistanda olacağam. Orda da bu sözü deyəcəyəm». «Azadlıq» radiosunun məlumatına görə, sədr bildirib ki, AŞPA-nın son sessiyasında qəbul olunan qətnamədə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq ictimaiyyətin tanıdığı sərhədlərinin toxunulmazlığı dəstəklənib: «AŞPA Ermənistan ordusunun işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edir». Ötən gecə seçkiqabağı vəziyyəti müzakirə etmək üçün gələn Azərbaycana AŞPA sədri Bakıda 4 gün olacaq. Bakı görüşlərində onun iyunun 24-də AŞPA-da qəbul olunmuş «Azərbaycanda seçkiöncəsi demokratik təsisatların vəziyyəti» adlı qətnamə ilə bağlı görüləsi işlərin üzərində dayanacağı bildirilir. Həmin qətnamədə Seçki Məcəlləsinin təkmilləşdirilməsi, sərbəst toplaşmaq azadlığı sahəsində məhdudiyyətlərin aradan qaldırılması, həbsdəki jurnalistlərin dərhal azadlığa buraxılması kimi məsələlər var. mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar