SON XƏBƏRLƏR

İRANIN İTALİYADAKI SƏFİRİNİN AÇIQLAMASINA GÖRƏ, ROMADA MAHMUD ƏHMƏDİNEJADI RENTGEN ŞÜALARI İLƏ ÖLDÜRMƏK İSTƏYİBLƏR

2021.10.20, 07:36
İRANIN İTALİYADAKI SƏFİRİNİN AÇIQLAMASINA GÖRƏ, ROMADA MAHMUD ƏHMƏDİNEJADI RENTGEN ŞÜALARI İLƏ ÖLDÜRMƏK İSTƏYİBLƏR

Gunaz.tv
İRANIN İTALİYADAKI SƏFİRİNİN AÇIQLAMASINA GÖRƏ, ROMADA MAHMUD ƏHMƏDİNEJADI RENTGEN ŞÜALARI İLƏ ÖLDÜRMƏK İSTƏYİBLƏR İranın İtaliyadakı səfiri Əbülfəzl Zöhrəvənd jurnalistlərə açıqlamasında BMT-nin 3-5 iyun arası paytaxt Romada düzənlənən «Ərzaq təhlükəsizliyi: iqlim dəyişikliyi həyəcanı və bioloji enerji» sammitinə qatılan İran prezidenti Mahmud Əhmədinejada X şüaları (Rentgen şüası) ilə öldürməyə cəhd edildiyini deyib. «Media forum» saytının məlumatına görə, Ə.Zöhrəvənd Mahmud Əhmədinejadın qaldığı iqamətgahda rentgen şüalarının normal həddən qat-qat artıq olduğunu söyləyib: «Şüalanma əvvəl 500, sonra 800, daha sonra 1000 vahiddən yuxarı oldu. Əvvəlcə biz şüa təyin edən avadanlığın nasaz olduğundan şübhələndik. Ancaq başqa bir aparat gətirəndə bəlli oldu ki, problem başqadır. Belə görünürdü ki, X şüaları kənardan idarə edilir». İtaliya hökuməti İran səfirinin açıqlamasına reaksiya verməyib. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar