SON XƏBƏRLƏR

Avropa Birliyinə sədrlik Fransaya keçdi

2021.10.20, 07:36
Avropa Birliyinə sədrlik Fransaya keçdi

Gunaz.tv
Avropa Birliyinə sədrlik Fransaya keçdi fransa-ab-sedr.jpg İyulun 1-dən etibarən Avropa Birliyinə sədrlik 6 ay müddətinə Fransaya keçib. Lent.az-ın məlumatına görə, prezident Nikolya Sarkozi bu müddət ərzində Aralıq dənizi Birliyinin yaradılmasını elan etmək, iqlimin müdafiəsi və ümumi Avropa təhlükəsizlik siyasəti sahəsində bir sıra məsələləri həll etmək niyyətindədir. Fransa AB sədri postunda Sloveniyanı əvəz edəcək. Analitiklər Sloveniyanın sədrlik müddətində qarşısına qoyulan tapşırığın öhdəsindən gəldiyini qeyd edirlər. Sədrlik AB üzvü olan ölkələrin dövlət və hökumət rəhbərlərinin sammitinin atmosferini müəyyən edir. Üzv ölkələrin razılığa gəlməsi də bir çox hallarda sədr ölkənin vasitəçi istedadından asılı olur. Fransa səlahiyyətlərinin icrasına AB üçün çox çətin bir məqamda başlayıb. İrlandiyanın Lissabon razılaşmasını qəbul etməməsi birliyin gələcəyini də sual altına alıb. Fransa prezidenti isə 2008-ci ilin oktyabrına kimi böhranı aşmaq üçün yeni plan təqdim etməyə hazırlaşır. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar