SON XƏBƏRLƏR

Tutulan generallar kimdir?

2021.10.20, 07:36
Tutulan generallar kimdir?

Gunaz.tv
Tutulan generallar kimdir? generallar-4.jpg Xəbər verdiyimiz kimi, bu gün Türkiyədə cəmiyyəti sarsıdan həbslər həyata keçirilib. Həbslər bir müddət əvvəl gözaltına alınan ordu generalı Vəli Küçük Paşaya bağlı olduğu bildirilən “Ergenekon” adlı qeyri-leqal təşkilatla bağlı bir neçə aydır aparılan istintaq çərçivəsində gerçəkləşdirilib. Türkiyə vaxtı ilə səhər saat 07:00-da başladılan və eyni vaxtda həyata keçirilən əməliyyat nəticəsində 21 nəfər, o cümlədən Jandarma Qüvvələrinin keçmiş komandanı, Atatürkçü Düşüncə Dərnəyinin sədri, istefada olan ordu generalı Şənər Əruyğur və 1-ci ordunun sabiq komandanı, istefada olan ordu generalı Xurşid Tolon saxlanılıb. Bu hadisələrin Azərbaycanda da maraqla izlənildiyini nəzərə alaraq, həbs edilən generalların tərcümeyi-halını diqqətinizə çatdırırıq. Mehmet Şənər Əruyğur Mehmet Şənər Əruyğur 17 iyun 1941-ci ildə Ərzurumda anadan olub. Lisey təhsilini Kuleli Əsgər Liseyində alıb. 1961-ci ildə Kara Hərb Okulunu topçu zabit ixtisası üzrə bitirib. 1971-ci ilə qədər müxtəlif topçu birliklərində məsul vəzifələrdə çalışıb. 1971-73-cü illərdə Hərbi Akademiyanı, 1973-74-cü illərdə Atatürk Universitetinin işlətmə fakültəsini, 1975-ci ildə isə NATO-nun Müdafiə Kollecini bitirib. 1976-78-ci illərdə Türkiyənin Rumıniyadakı səfirliyində hərbi attaşe olub. Türkiyə Silahlı Qüvvələrində müxtəlif yüksək vəzifələrdə çalışaraq, ordu generalı rütbəsində təqaüdə çıxıb. Son olaraq Türkiyə Jandarma Qüvvələrinin komandanı vəzifəsində çalışıb. “İstiqlal” və Türkiyə Silahlı Qüvvələrinin “Üstün Hizmet” medallarına sahib olan Şənər Əruyğur evlidir, iki övladı var. Fransız və ingilis dillərini bilir. Əhməd Xurşit Tolon Əhməd Xurşit Tolon 1942-ci ildə İstanbulda doğulub. 1962-ci ildə Kara Hərb Okulunu, 1975-ci ildə Piyada Okulunu, 1978-ci ildə Hərbi Akademiyanı bitirib. Türkiyənin ABŞ-dakı səfirliyində hərbi attaşe vəzifəsində çalışıb. Türkiyə Silahlı Qüvvələrində müxtəlif yüksək vəzifələrdə çalışaraq, ordu generalı rütbəsində təqaüdə çıxıb. Son olaraq 1-ci Ordunun komandanı vəzifəsində çalışıb. Xurşit Tolon evlidir, bir övladı var. İngilis dilini bilir. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar