SON XƏBƏRLƏR

Hər­bi pa­rad uğur­lu olub

2021.10.20, 07:36
Hər­bi pa­rad uğur­lu olub

Gunaz.tv
Hər­bi pa­rad uğur­lu olub İlk də­fə pi­lot­suz kəş­fiy­yat təy­ya­rə­lə­ri nü­ma­yiş olu­nub Si­lah­lı Qüv­və­lər Gü­nü ke­çi­ri­lən hər­bi pa­rad əla­və möv­zu­la­rın or­ta­ya çıx­ma­sı­na sə­bəb ol­du. Ha­zır­da ən çox mü­za­ki­rə olu­nan mə­sə­lə Azər­bay­ca­nın hər­bi qüd­rə­ti­nin qə­na­ət­bəxş olub-ol­ma­ma­sı və ya in­ki­şaf et­miş öl­kə­lər­dən han­sı for­ma­da si­lah al­ma­sı ba­rə­də­dir. Mü­da­fiə Na­zir­li­yi­nin Mət­bu­at və in­for­ma­si­ya ida­rə­si­nin rəi­si El­dar Sa­bi­roğ­lu bil­di­rib ki, Azər­bay­ca­nın bü­tün qo­şun növ­lə­rin­də ştat struk­tur­la­rı və təş­ki­la­ti iş­lər NA­TO stan­dart­la­rı­na uy­ğun­laş­dı­rı­lıb. Onun söz­lə­ri­nə gö­rə, Si­lah­lı Qüv­və­lər Gü­nü pa­rad­da nü­ma­yiş olu­nan hər­bi tex­ni­ka­nın NATO is­teh­sa­lı ol­ma­ma­sı o de­mək de­yil ki, or­du­nun tex­ni­ki təc­hi­za­tı bu stan­dart­la­ra uy­ğun de­yil. "NA­TO-ya ye­ni üzv olan Şər­qi Av­ro­pa öl­kə­lə­ri var. On­la­rın ha­mı­sın­da hə­lə də So­vet si­lah­la­rı­dır. On­da hə­min öl­kə­lə­ri NA­TO-ya qə­bul et­mə­mə­liy­di­lər? Mən bu fi­kir­lə ra­zı de­yi­ləm. Azər­bay­can or­du­sun­da pi­lot­suz təy­ya­rə gör­müş­dü­nüz­mü? Am­ma hər­bi pa­rad­da bu təy­ya­rə­lər nü­ma­yiş olun­du". E.Sa­bi­roğ­lu bil­di­rib ki, ha­zır­da Azər­bay­can or­du­su öz fəa­liy­yə­ti­ni NA­TO-nun hər­bi prin­sip­lə­ri üzə­rin­də qu­rur. Bəs Azər­bay­can Al­yans stan­dart­la­rı­na uy­ğun si­lah­la­rı han­sı öl­kə­lər­dən alır? "Ma­nevr" Æur­na­list Araş­dır­ma­la­rı Mər­kə­zi­nin rəh­bə­ri Rə­şad Sü­ley­ma­nov "azad­ses.orq"a de­yib ki, pa­rad­da nü­ma­yiş olu­nan si­lah­la­rın bir his­sə­si NA­TO stan­dart­la­rı­na uy­ğun idi: "Hə­min hər­bi tex­ni­ka­la­rın, tank­la­rın, "BTR"-lə­rin göv­də­si So­vet is­teh­sa­lı ol­sa da, on­lar NA­TO-da is­ti­fa­də olu­nan ana­lo­ji ava­dan­lıq­lar­la (ra­bi­tə, mər­mi­lə­rin ka­lib­ri və s.) təc­hiz olun­muş­du". R.Sü­ley­ma­nov bil­di­rib ki, pa­ra­da qa­tı­lan hərb­çi­lə­rin əl­lə­rin­də­ki av­to­mat­lar Al­ma­ni­ya və İs­ra­il is­teh­sa­lı idi. Ru­si­ya is­teh­sa­lı olan "Ka­laş­ni­kov" av­to­mat si­lah­la­rı üzə­rin­də də mü­əy­yən mo­dern­ləş­mə iş­lə­ri apa­rı­lır. Bun­dan baş­qa, pi­lot­suz kəş­fiy­yat təy­ya­rə­lə­ri də NA­TO üz­vü olan öl­kə­lər­dən bi­rin­dən alı­nıb. "NA­TO ar­tıq Azər­bay­ca­nın is­teh­sal edə­cə­yi hər­bi tex­ni­ka və si­lah­la­rın Al­yans stan­dart­la­rı­na uy­ğun­laş­dı­rıl­ma­sın­da Ba­kı­ya yar­dım­lar et­mə­yə ha­zır­la­şır", - de­yə R.Sü­ley­ma­nov bil­di­rir. Tey­mur sherg

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar