SON XƏBƏRLƏR

Odessa-Brodı boru kəmərinin reallaşmasında ciddi irəliləyiş əldə olunub

2021.10.20, 07:36
Odessa-Brodı boru kəmərinin reallaşmasında ciddi irəliləyiş əldə olunub

Gunaz.tv
Odessa-Brodı boru kəmərinin reallaşmasında ciddi irəliləyiş əldə olunub gund.jpg Azərbaycan və Ukrayna prezidentləri Bakıda eneryi məsələləri ilə bağlı müzakirələr aparıblar Dünən Ukrayna prezidenti Viktor Yuşşenko Azərbaycana birgünlük işgüzar səfərə gəlib. Azərbaycan və Ukraynanın dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev adına beynəlxalq hava limanında ali qonağı baş nazirin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar. Hava limanının ali qonaqlar üçün salonunda Viktor Yuşşenko və Yaqub Eyyubov arasında qısa protokol görüşü olub. Elə həmin gün İlham Əliyev və Viktor Yuşşenko arasında təkbətək görüş olub. Görüşdə siyasi, iqtisadi və humanitar sahələrdə hazırda uğurla inkişaf edən ikitərəfli əlaqələrin genişləndirilməsi üçün yüksək səviyyədə görüşlər keçirməyin səmərəli olması qeyd edilib. Dövlət başçıları Azərbaycan ilə Ukraynanın beynəlxalq təşkilatlarda bir-birinin mövqelərini dəstəklədiklərini vurğulayıblar. Tərəflər əmin olduqlarını bildiriblər ki, budəfəki səfər Azərbaycan-Ukrayna əlaqələrinin dərinləşməsi işinə öz töhfəsini verəcək. Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb. Daha sonra nümayəndə heyətlərinin geniş tərkibli görüşü keçirilib. Görüşdə İlham Əliyev cari ilin may ayında Ukraynaya etdiyi səfəri xatırladıb. Azərbaycan prezidenti ikitərəfli müqavilələrin səmərəli olduğunu bildirib. "İkitərəfli münasibətlərin gündəlikdə duran bütün məsələlərini hər iki dövlətin milli maraqlarına müvafiq razılaşdırılacağı mümkün olacaq" - deyə İlham Əliyev qeyd edib. Viktor Yuşşenko isə Azərbaycanla birgə həyata keçirilən layihələrdə müsbət irəliləyişin olduğunu nəzərə çatdırıb: "Mən praktik müstəviyə keçən eneryi layihələri üzrə irəliləyişlərdən razıyam". Ukrayna prezidenti bir çox məsələnin uğurla irəliləməsi üçün ikitərəfli münasibətlərin vəziyyətini ümumilikdə müsbət qiymətləndirib. Danşıqlarda Ukrayna tərəfdən xarici işlər naziri Vladimir Oqrızko, mədəniyyət və turizm naziri Vasili Vovkun, Prezident Katibliyi rəhbərinin müavini Aleksandr Çalıy, "Ukrspetseksport" Dövlət Şirkətinin baş direktoru Sergey Bondarçuk, Prezident Aparatının rəhbəri Ruslan Demçenko iştirak ediblər. Yaxın vaxtlarda Odessa-Brodı boru kəməri texnoloyi neftlə doldurulacaq. APA-nın Ukrayna prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu fikirləri isə Azərbaycan-Ukrayna danışıqlarından sonra ölkə başçıları İlham Əliyev və Viktor Yuşşenko bəyan ediblər. İlham Əliyev bu yaxınlarda boru kəmərinə sınaq məqsədilə neft verəcəklərini və layihəni praktikada testdən keçirəcəklərini deyib. O bildirib ki, layihənin reallaşması yolunda ciddi irəliləyiş əldə olunub. Hazırda onun texniki-iqtisadi əsaslandırılması hazırlanır ki, layihənin kommersiya baxımından səmərəliliyi barədə tam təsəvvür yaransın: "Bütün texniki məsələlər razılaşdırıldıqdan, Xəzər neftinin Qara dəniz regionuna nəql marşrutu müəyyən edildikdən sonra biz ilk addımları atmağa başlayacağıq". Viktor Yuşşenko isə Odessa-Brodı kəməri ilə Xəzər neftinin Avropa Birliyi ölkələrinə nəql edilməsinə dair razılaşmaların hamısının yerinə yetirildiyini söyləyib. "Sarmatiya" birgə müəssisəsinin yaradılması istiqamətində də real addımlar atıldığını vurğulayan Ukrayna prezidentinin sözlərinə görə, dövlət səviyyəsində bu məsələlərlə bağlı heç bir problem yoxdur. Qeyd edək ki, prezidentlər danışıqlar zamanı eneryi mövzuları ilə yanaşı, iqtisadi əməkdaşlıq və qarşılıqlı sərmayələr, həmçinin humanitar və mədəni əməkdaşlıq məsələlərini də müzakirə ediblər. Elə dünən Viktor Yuşşenko Bakıda Ukrayna yazıçısı Taras Şevçenkonun abidəsinin açılış mərasimində iştirak edib. O, Xətai rayonu ərazisində səfirliyin yeni binasının tikilməsi üçün ayrılan sahəyə baş çəkib. Sonra isə Viktor Yuşenko Yaşıl Teatrda Azərbaycanda Ukrayna Mədəniyyəti Günlərinin açılış mərasiminə qatılıb. Elman BABAYEV kaspi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar