SON XƏBƏRLƏR

Fransa alimləri xərçəngə qarşı dərman yaratdılar

2021.10.20, 07:36
Fransa alimləri xərçəngə qarşı dərman yaratdılar

Gunaz.tv
Fransa alimləri xərçəngə qarşı dərman yaratdılar fransa-xerceng.gif Fransanın elmi araşdırmalar Milli mərkəzinin rəhbərliyi altında bir qrup alim xərçəng xəstəliyinə qarşı dərman yaradılmasının bir addımlığındadır. Lent.az-ın “Plos One” elmi jurnalına istinadən verdiyi məlumata görə, alimlər laboratoriya şəraitində xərçəng hüceyrələrinin çoxalmasının qarşısını alan molekula yaradıblar. Ekspertlər qeyd edirlər ki, “PH-19” adı alan dərman onkoloji xəstəliklərin müalicəsi üçün geniş perspektivlər açır. Bu zaman “PH-19” xərçəng əleyhinə hazırlanan müasir dərmanların çoxunda olan ziyanlı effektdən məhrumdur – yeni dərman toksik deyil. Artıq dərmanın effektivliyi laboratoriya siçanları və xərçəng xəstəliyindən əziyyət çəkən insanlardan götürülmüş nümunələr üzərində sınaqdan keçirilib. Molekula xərçəng hüceyrəsinin əsasını təşkil edən proteinə öldürücü təsir göstərir və bununla da inkişafın qarşısını alır. Molekulun daha bir təsiri pis xassəli şişlərin məhv edilməsidir. Tədqiqatçılar bildirirlər ki, ikiqat effekt yeni dərmanı onkoloji xəstəliklərin müalicəsi zamanı əvəzedilməz edir. Təklif edilən sintez üsulu isə preparatın kütləvi istehsalına imkan yaradır. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar