Məqsəd Tehranın nüvə və raket proqramının məhvı olmalıdır- Eisenkot
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
İDDİA: Tehran görüşündən öncə zalda dinləmə cihazı tapılıb
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Yəmən qüvvələri: 24 saat ərzində İranın dəstəklədiyi husilərin 382 üzvü öldürülüb
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Fevralın 28-dən mayın 9-dək 4 mindən çox şəxs həbs edilib, yanvar etirazları ilə bağlı 29 nəfər edam olunub
Azərbaycan Prezidenti: Özümüzü yarana biləcək istənilən çətinlikdən qorumaq üçün lazımi tədbirlər görməliyik
Prezident: Kiminsə bizə nəyisə diktə edə biləcəyi barədə əsassız düşüncələr bundan sonra da qətiyyətli mövqeyimizlə qarşılanacaq
Azərbaycan lideri: Dövlətçiliyimizi, müstəqilliyimizi və həyat tərzimizi qorumaq üçün qətiyyətli olmalıyıq
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Qərbi Azərbaycanda bu qədər mədən ehtyatı var- Rəsmi
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Pezeşkian Moskvadadır
KİV: Yəməndə SEPAH-ın Qüds Qüvvələri komandiri öldürülüb
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib
Müharibə repressiyaları gücləndirib- Mai Sato
Şəbistərdə silahlı insident- Ölən var
SEPAH İraqın şimalında kürd bazalarını vurdu
Ərəb koalisiyası Husilərin raket anbarlarını məhv etdi
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi
Azərbaycanla Özbəkistan arasında iki saziş təsdiqlənib
İranın birinci vitse-prezidenti azərbaycanlı qızlarla bağlı fərman verdi
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Ocanda əfqanistanlılar həbs edilib
ETN: İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir
Nazirlik: İranda Azərbaycan dilində məktəb yoxdur, azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Müharibəyə görə İranda daha dörd nəfər həbs edildi
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
İran ABŞ-yə Pakistan vasitəsilə yeni təklif göndərib
Səmərqənd ətrafında diplomatik gərginlik: Özbəkistan İrana rəsmi etiraz notası verdi
Tahir Nəqəvi məcburi etiraf üçün təzyiqlərlə üzləşir
Salar Taher Əfşarın ikinci doğum günü həbsxanada keçir
Pezeşkian: “Nə müharibə, nə sülh” vəziyyəti insanları çörək dərdinə salıb
Təbriz meriyasının sürücüləri maaş əvəzinə işdən çıxarılmaqla hədələnirlər
Tramp: Ya İran razılaşacaq, ya da işi bitirəcəyəm
Aydın Ağayev: "Ermənistan Azərbaycanı aqressiv mövqe nümayiş etdirən tərəf kimi göstərməyə çalışır" ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona növbəti səfəri yekunlaşdı. Bakıda və İrəvanda görüşlər keçirən vasitəçilərin bu dəfəki səfəri də gözlənildiyi kmii nəticəsiz başa çatdı. Milli Məclis Aparatının analitik informasiya şöbəsinin müdiri Aydın Ağayev Minsk Qrupu həmsədrlərinin regiona səfərlərindən müsbət nəticə gözləməyin mənasız olduğunu bildirib. Onun sözlərinə görə, həmsədrlər təmsil etdikləri ölkələrin maraqları çərçivəsində addım atırlar və onların dövlətlərinin maraqlarına zidd hərəkət edəcəkləri mümkünsüzdür. Aydın Ağayev Minsk Qrupuna həmsədrlik edən ölkələrin diplomatlarının dəyişdirilməsi mümkünlüyünə də aydınlıq gətirib və bildirib ki, hər hansı bir diplomatın dəyişdirilməsi Ermənistan-Azərbaycan münaqişəsinin həllinə hər hansı bir müsbət təsir göstərməyəcək. Şöbə müdiri İran ətrafında baş verən proseslərə də toxunub və İrana qarşı tətbiq edilən sanksiyaların rəsmi Tehrana mümkün təsirlərindən danışıb. -Aydın müəllim, ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfərinin nəticələrini necə dəyərləndirirsiniz? -Həmsədrlərin regiona səfərinə müsbət aspektdən o mənada baxmaq mümkündür ki, Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşündən sonra problemin həlli istiqamətində danışıqların davam etdirilməsinin zəruriliyi vurğulandı və bu səbəbdən danışıqlar davam etdirilir. Ancaq Ermənistanın yeni rəhbərliyinin mövqelərində hələlik heç bir müsbət dəyişiklik müşahidə edilmir. Zahirən də olsa, Ermənistanın yeni rəhbərliyindən situasiyanı nəzərə alaraq maraqlı ideyalarla çıxış edib, konstruktiv mövqedə durub müzakirələrin davam etdirilməsini daha məzmunlu etmək mənasında nə isə gözləmək olardı. Ancaq hələlik bunun əlamətləri yoxdur, vəziyyət dəyişmir. Buna baxmayaraq təmaslar davam etdirilir, müzakirələr keçirilir. Yenə də Rusiyadan nə isə gözlənilir. çünki bu günlərdə Ermənistanın yeni seçilmiş prezidenti Serj Sərkisyan Rusiyada səfərdə oldu və iki ölkə prezidentinin keçirdiyi danışıqlar zamanı Dağlıq Qarabağ problemi ətrafında da fikir mübadiləsi aparıldı. Məlum olduğu kimi yaxın vaxtlarda Rusiya prezidenti Dmitri Medvedev Azərbaycana səfərə gələcək və yenidən bu mövzu aktuallaşacaq. Ancaq istəməzdim ki, əvvəlki illərdə eşitdiyimiz sözləri, yenidən ən yüksək səviyyələrdə eşidək. Neçə illərdir ki, yalnız bir fikir səslənir. Tərəflər hansı razılığa gəlsələr, biz də Rusiya olaraq onu müdafiə edərik. Təcrübə göstərir ki, bu heç nəyi dəyişməyən bir yanaşmadır. Digər tərəfdən beynəlxalq təhlilçilər Azərbaycan tərəfindən səslənən fikirlərə diqqət çəkirlər. Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 90 illiyi ilə bağlı keçirilən hərbi paradda cənab prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı söylədiyi fikirlərə dünyanın nüfuzlu kütləvi informasiya vasitələri xüsusi diqqət yetirdilər və bu fikirlər xarici ölkə mətbuatında geniş şəkildə təhlil olundu. Bunu Ermənistan tərəfi də bilir və hesab edirəm ki, onlar bundan doğru, konstruktiv nəticə çıxarsalar, ümumən işin xeyrinə olardı. Ancaq hələlik Ermənistan rəhbərliyinin dilində pozitiv mənada hansısa müsbət fikirlər səsləndirilmir. Ancaq hər bir halda bu danışıqlar davam edir. -Ermənistan prezidenti Serj Sarkisyanın müharibə hər an başlaya bilər bəyanatı sizcə işğalçı ölkənin süşh danışıqlarından imtina etməsi demək deyilmi? -Əslində Ermənistan özünü beynəlxalq aləmə sülh qaranquşu kimi göstərmək istəyir və Azərbaycanın müharibə variantına meyilli olduğu görüntüsü yaradır. Bu da beynəlxalq ictimaiyyət üçün hesablanmış bir addımdır. Çünki beynəlxalq ictimaiyyət də Ermənistan-Azərbaycan münaqnişəsinin danışıqlar yolu ilə həllini istəyir. Ermənistan bu mövqe ilə həm beynəlxalq aləmdə bir divident qazanmağa, həm də Azərbaycanı aqressiv mövqe nümayiş etdirən tərəf kimi göstərməyə çalışır. Ancaq bütün bunlar boş, mənasız bir şeydir. Artıq bütün dünya Azərbaycan və Ermənistanın hansı mövqedə və vəziyyətdə olduğunu gözəl bilir. Sadəcə bu situasiyaya uyğun olaraq səslənmiş bir fikirdir. Ermənistanın hərbi arsenalını Azərbaycanın hərbi qüvvəsi ilə qətiyyən müqayisə etmək olmaz. Azərbaycan hərbi sahədə Ermənistandan qat-qat üstündür. Çox təccüflər olsun ki, bu münaqişə artıq beynəlxalq xarakter alıb. Münaqişənin həlli istiqamətində hər hansı bir irəliləyişin olması artıq tərəflərin iradəsindən daha çox kənar dövlətlərin, bu proseslə maraqlı olan qüvvələrin məsələyə yanaşmasından daha çox asılıdır. Məsələyə bu kontekstdən yanaşsaq, Ermənistan prezidenti Serj Sərkisyanın səsləndirdiyi fikirlərin heç bir əhəmiyyəti yoxdur. -Bu günlərdə Rusiya Federasiyasında səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyan rusiyalı həmkarı ilə Cənubi Qafqazın inkişafı və Dağlıq Qarabağ probleminin həlli istiqamətində birgə səylərin davam etdirilməsi ilə bağlı sənəd imzaladı. Sizcə, işğalçıya dəstək verən bir ölkə ilə işğalçı dövlət Dağlıq Qarabağ probleminin həlli istiqamətində hansı birgə səylər göstərə bilərlər? -Rusiya heç zaman unutmamalıdır ki, o daima neytral mövqedə dayanmalıdır. Çünki, Rusiya Federasiya ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrdən biridir. Çox təssüflər olsun ki, ötən müddət ərzində Kremlin ayrı-ayrı rəsmi şəxsləri tərəfindən problemin həlli ilə bağlı əsassız fikirlər eşitmişik. Bunun qarşılığında Azərbaycan xarici siyasəti Rusiya ilə təmaslarında bütün bunları nəzərə alır və Rukiya Federasiyasının diqqətinə çatdırır ki, mühüm əhəmiyyətə malik bir dövlət kimi Kremllə münasibətlərinə zərər yetirmək istəmir, iki ölkə arasında münasibətlərin müxtəlif sahələr üzrə inkişaf etdirilməsində maraqlıdır. Eyni zamanda Azərbaycan tərəfi Ermənistanın Rusiyanın vassalı olduğunu çox gözəl bilir və bunu söyləməkdən çəkinmir. Artıq Ermənistanın daxilində mövcud hakimiyyətə qarşı bir müqavimət formalaşır ki, bu da adı çəkilən ölkənin müəssisə və təşkilatları, eləcə də digər mühüm əhəmiyyət daşıyan obyektlərinin Rusiyanın mülkiyyətinə keçməsi ilə bağlıdır. Bir sözlə Rusiya artıq Ermnəistanı alır. Bu da öz növbəsində Ermənistanın daxilində istər-istəməz narazılıq yaradır. Rusiya ilə Ermənistanın Dağlıq Qarabağ probleminin həlli istiqamətində birgə səylərinə gəlincə, hesab edirəm ki, Rusiya Federasiya neytral mövqedə dayanarq həmsədr ölkəsi kimi mövcud olan öhdəliyə uyğun şəkildə hərəkət etməlidir. Azərbaycan tərəfi bu cür məsələləri daim diqqətdə saxlayır. -Aydın müəllim, bu günlərdə Azərbaycanın sorğusu əsasında ATƏT rəhbərliyi belə bir açıqlama ilə çıxış etdi ki, Minsk Qrupuna həmsədrlik edən ölkələrin diplomatlarını dəyişmək mümkündür. Sizcə, diplomatların dəyişdirilməsi problemin həlli istiqamətində hansısa müsbət dəyişikliyə səbəb olacaq? -ATƏT-in Minsk Qrupunun həmsədrlərini dəyişməklə heç nəyə nail olmaq mümkün deyil. Diplomatlar öz-özlüyündə heç nəyi dəyişmir, nəyisə həll etmir. Onların təmsil etdikləri dövlətlərin mövqelərindən bir addım belə kənara çıxmağa ixtiyarları yoxdur. Dövlətin mövqeyi necə olacaqsa, diplomatlar da həmin mövqeyə uyğun şəkildə hərəkət etməlidirlər. Ötən müddət ərzində hər üç ölkədən kifayətqədər həmsədr dəyişib, ancaq problemin həlli istiqamətində hansısa dəyişiklik varmığ Qətiyyən yoxdur. Vaxtı ilə hələ Stiven Mənn ATƏT-in Minsk Qrupundakı amerikalı həmsədr kmii təyin olunarkən, belə fikirlər səslənirdi ki, həmin şəxs enerji sahəsmndə diplomatiya ilə məşğul olan bir adamdır və onun həmsədr təyin olunmasından sonra müsbət bir şey gözləmək olar. Ancaq ehtimallar heç də özünü doğrultmadı. Çünki bütün bunlar hamısı sadəlövh fikirlərdir..Dövlətin mövqeyini kimliyindən asılı olmayaraq heç bir diplomat dəyişə bilməz. Sadəcə bu dəyişiklik ratasiya qaydasında baş verən bir prosesdir və hər bir dövlət kimi lazım biləcəksə, həmin şəxsin də həmsədr olmasını məsləhət görəcək. -İrana qarşı təzyiqləri artıran Birləşmiş Ştatlar və Avropa Birliyi rəsmi Tehranı nüvə proqramı ilə bağlı məsələdə geriyə addım atmağa sövq edəcəkmi? -İran məsələsi olduqca çətin, geniş sahəli bir problemdir. İran problemi elə bir problemdir ki, onun bu və ya digər şəkildə həllinin həm Yaxın Şərq, həm də Cənubi Qafqazdakı proseslərə təsiri olacaq. İran diplomatiyası indiyə qədər böyük bir müqavimətin qarşısında dura bilib. İrana qarşı tətbiq ediləcək sanksiyalara gəlincə, bu sanksiyalar müxtəlif mərhələlərdən ibarət ola bilər. İlkin mərhələdə nisbətən yumşaq formada sanksiyalar tətbiq edilir, bir qədər sonra sanksyalar daha da sərtləşdirilir. İran bütün bu prosesləri qabaqcadan izləyir və müəyyən tədbirlər görür. Ancaq məsələ ondadır ki, sanksiyalarla bu problemi həll etmək mümkün deyil. Əgər Tehrana qarşı sanksiyalar həddən artıq sərtləşsə və İran üçün ayrı-ayrı meydanlarda, yəni Rusiya və Çin istiqamətində işləmək də məhdudlaşdırılsa, o halda bu sanksiyalar İran tərəfi üçün olduqca ağır olacaq. -İrana qarşı hərbi əməliyyatların başlaması nə dərəcədə mümkündür və regionda yeni bir münaqişənin başlanması Cənubi Qafqaza hansı şəkildə təsir göstərəcək? -Ümumiyyətlə, İran məsələsi ilə bağlı bir-birinə zidd informasiyalar yayılmaqdadır. Bir tərəfdən yaxın vaxtlarda İsrailin əli ilə İrana qarşı hansısa tədbirlərin görüləcəyi bildirilir, digər tərəfdən problemin diplomatmik yolla həllinin mümkünlüyü barədə fikirlər səslənir. Hətta Birləşmiş Ştatlarla İran arasında müəyyən diplomatik əlaqələrin bərpa edilməsi barədə də müəyyən informasiyalar yayılır. Hesab edirəm ki, bütün bunlar hamısı məqsədli şəkildə dövriyyəyə buraxılan informasiyalardır və bütün bunlardan düzgün nəticə çıxarmaq lazımdır. Hər bir halda İran istiqamətində münasibətlərin kəskinləşməsinin Azərbaycan olaraq bizə heç bir xeyri yoxdur. Həmçinin Azərbaycan tərəfi olaraq biz buna maraqlı deyilik. Digər tərəfdən Azərbaycan tərəfi olaraq İran probleminin müvafiq beynəlxalq normalar əsasında həllini istəyirik. bunu Azərbaycan dövləti dəfələrlə bəyan edib. Çünki bu yanaşma yeganə, düzgün yanaşmadır. Süleyman olaylar
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
Əhvaz ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Təbrizdə iki hüquqşünas həbs edilib
İraq da İranla sərhəddi bağladı
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
İranda dollar yenidən bahalaşmağa başladı
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu