SON XƏBƏRLƏR

Urmu gölünün canlandırılması üçün 10 illik prosesə ehtiyac var – Ətraf Mühit Təşkilatının rəsmisi

2021.10.20, 07:36
Urmu gölünün canlandırılması üçün 10 illik prosesə ehtiyac var – Ətraf Mühit Təşkilatının rəsmisi

Gunaz.tv
GünAz TV: “Urmu gölünün istədiyimiz vəziyyətə çatması üçün 10 illik canlandırma prosesinə ehtiyac var”. Bunu Ətraf-Mühit Təşkilatının Gölməçələr üzrə Ofisinin rəisi mətbuat nümayəndələri ilə danışıqda bildirib.

“Yay fəsli bitdikdən sonra yağıntıların azaldığı səbəbindən Urmu gölündə suyun səviyyəsi yaz aylarına nisbətən 40 santimetr aşağı düşüb, lakin ötən illərin müvafiq dövrü ilə müqayisədə gölün durumu olduqca yaxşıdır. Ümid edirəm ki, gələcək illərdə Urmu gölünə su çatdırmaqla gölün canlanması təmin olunacaq”- deyə Mühsün Süleymani qeyd edib.

Onun sözlərinə görə, “Urmü gölünün canlandırılması üçün yaxşı şərait yaranıb və əgər bütün yerli rəsmi orqanlar Urmu gölü məsələsini öz məsələləri kimi qəbul etsələr, göldə canlandırma işləri sürətlə davam edər və bu proses 10 ildə yekunlaşar.”

Qeyd edək ki, uzun illərdir dərin böhran içində olan Urmu gölü artıq birdəfəlik qurumaq təhlükəsi ilə üz-üzədir. Gölün canlandırlması üçün əhali tərəfindən müxtəlif formalarda mübarizə getsə də, hələ də ciddi bir nailiyyət əldə olunmayıb və rejim gölün nicatı üçün heç bir əməli addım atmayıb.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar