SON XƏBƏRLƏR

ETTELAAT rəhbəri: “Fars əyalətində təkfirçi terror qruplaşmaının bir neçə üzvü tutulub”

2021.10.20, 07:36
ETTELAAT rəhbəri: “Fars əyalətində təkfirçi terror qruplaşmaının bir neçə üzvü tutulub”

Gunaz.tv
 GünAzTV: İranın kəşfiyyat naziri (ETTELAAT rəhbəri) Mahmud Ələvi oktyabrın 12-də jurnalistlərə açıqlamasında ölkənin Fars əyalətində məhərrəmlik mərasimlərində terror əməliyyatları keçirməyi planlaşdıran “təkfirç” qruplaşmanın üzvlərinin tutulmasından danışıb.

 Mahmud Ələvi bildirib ki, yaxalanan “terrorçular”ın hamısı xarici vətəndaşlardır: “ETTELAAT Nazirliyinin əməkdaşları Fars əyalətinin təhlükəsizlik qurumlarının iştirakı ilə birgə əməliyyat keçirərək, ölkənin təhlükəsizliyinə qarşı terror əməliyyatları həyata keçirməyi planlaşdıran təkfirçi qruplaşmanın bir neçə üzvünü tutublar. Tutulanların hamısı xarici vətəndaşlardır. Həbs edilən terrorçulardan 100 kiloqrama yaxın partlayıcı maddələr və digər hərbi avadanlıqlar aşkarlanaraq götürülüb”.

 Hadisənin təfərrüatı barədə yaxın gələcəkdə məlumat yayılacağını bildirən ETTELAAT rəhbəri, tutulanların adlarını, hansı ölkənin vətəndaşları olduğunu və konkret nə vaxt həbs edildiyini açıqlamayıb.

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar