SON XƏBƏRLƏR

“Traxtur”u çempionluqdan məhrum edən Əlirza Fəğani komandanın görüşünə yenidən hakim seçilib

2021.10.20, 07:36
“Traxtur”u çempionluqdan məhrum edən Əlirza Fəğani komandanın görüşünə yenidən hakim seçilib

Gunaz.tv
GünAz TV: Əlirza Fəğani 1.5 ildən sonra yenidən “Traxtur”un görüşünə hakim seçilib.

14-cü super liqa yarışlarının son həftəsində Ə.Fəğaninin hakimliyi ilə keçirilən “Traxtur”-“Neft” qarşılaşması və həmin görüşdə “Traxtur”un super liqa çempionluqdan məhrum edilməsi hələ də azərbaycanlıların yaddından çıxmayıb.

Bu görüş məhz hakimin qərəzli qərarları nəticəsində 3:1 hesabı ilə “Traxtur”un xeyirinə deyil, 3:3 bərabər hesabla yekunlaşdı və bu şəkildə Azərbaycan komandası super liqa çempionluğunu əldən verdi. Bu səbəbdən 2015-ci il mayın 15-dən Ə.Fəğani “Traxtur”un heç bir görüşünə hakim ola bilməyib, lakin bu vəziyyət dəyişir. Son məlumata görə, Hakimlər Departamenti

Ə.Fəğanini yenidən “Traxtur”un görüşünə hakim seçib, o super liqa yarışlarının 8-ci həftəsində “Traxtur”-“Saypa” görüşünə hakimlik edəcək.

Ə.Fəğaninin “Traxtur” oyununa yenidən hakim seçilməsi, komanda tərəfdarlarının kəskin etirazına səbəb ola bilər.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar