SON XƏBƏRLƏR

Daha bir şübhəli ölüm: Təbrizli həkimin ailə üzvləri ehsan yeməyi yedikdən sonra zəhərlənərək ölüblər

2021.10.20, 07:36
Daha bir şübhəli ölüm: Təbrizli həkimin ailə üzvləri ehsan yeməyi yedikdən sonra zəhərlənərək ölüblər

Gunaz.tv
GünAz TV: Təbrizli gənc həkim Əlirza Sülhinin ailə üzvləri ehsan yeməyi yedikdən sonra zəhərlənərək ölüblər.

Bir müddət öncə yazdığı xüsusi reseptə (nüsxə) görə məşhurlaşan həkimin ailə üzvləri ehsan yeməyi yedikdən sonra zəhərləniblər. Onlar xəstəxanaya çatdırılsa da, həkimin nənəsi və xanımının həyatını qurtarmaq mümkün olmayıb, onun valdeynləri isə hazırda həkimlərin xüsusi nəzarəti altında saxlanılır.

Məlumata görə, şənbə günü naməlum bir şəxs Təbrizin “Kuye Firuz” məntəqəsində yerləşən Tibbi Mərkəzə müraciət edərək doktor Sülhiyə ehsan olaraq bir neçə pors yemək verib. Həkim isə naməlum şəxsdən aldığı yeməkləri evə aparıb, ailə üzvləri həmin yeməkləri yedikdən sonra zəhərləniblər.

Hələlik zəhərlənmənin konkret səbəbi vəya bunun arxasında olan mümkün plan barəsində dəqiq məlumat yayılmayıb.

Bir müddət öncə doktor Sülhi xəstələrinin birinə xüsusi resept yazıb. O reseptdə aptekdən (davaxana) istəyib ki, əgər xəstənin aldığı dava-dərmanın pulunu ödəməkdə problemi olarsa, o zaman onunla əlaqə saxlasınlar. Həkimin yazdığı resept sosial şəbəkələrdə geniş müzakirə olduğu üçün, onun məşhurlaşmasına səbəb olmuşdur.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar