SON XƏBƏRLƏR

“Traxtur”un məktəbli tərəfdarının rəsm işinə “2” (sıfır) qiyməti verilib – GÖRÜNTÜ

2021.10.20, 07:36
“Traxtur”un məktəbli tərəfdarının rəsm işinə “2” (sıfır) qiyməti verilib – GÖRÜNTÜ

Gunaz.tv
GünAz TV: Təbrizin “Traxtur” futbol komandasının azyaşlı tərəfdarı Azərbaycan komandasına olan rəğbətinə görə müəlliminin qəzəbinə tuş gəlib.

Əldə etdiyimiz məlumata görə, azərbaycanlı azyaşlı uşaq çəkdiyi rəsm işində “Traxtur”la “İstiqlal” komandasının görüşü və Azərbaycan komandasının qalib gəldiyini təsvir edib. Lakin məktəb şagirdi çəkdiyi rəsm işinə görə cəzalandırılıb və müəllimin “2” qiyməti (İranda isə ən aşağı qiymət sıfır olduğuna görə, rəsm işinə səfır qiymət verilib) ilə üzləşib. Hadisə Qum vilayətinin məktəblərinin birində baş verib.

Şovinist müəllimin bu hərəkəti sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.

Azərbaycan vilayətləri ilə yanaşı, İran adlanan coğrafiyanın müxtəlif bölgələrində çox sayda Azərbaycan türkləri və digər türk boylarının mənsubları yaşayır. Onlar müxtəlif sahələrdə, xüsusi ilə də mədəni fəaliyyətlərində rejimin kəskin ayri-seçkilik siyasətinə məruz qalırlar. Məktəbli şagirdlərə isə asimilasyon siyasətindən ən çox pay düşür... .

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar