SON XƏBƏRLƏR

“Sepah”la “Pjak” yaraqlıları arasında qarşıdurma yaranıb

2021.10.20, 07:36
“Sepah”la “Pjak” yaraqlıları arasında qarşıdurma yaranıb

Gunaz.tv
 GünAzTV: İran İnqilab Keşikçiləri Korpusunun “Sepah” qüvvələri ilə PKK terror təşkilatının İran qanadı sayılan “Pjak” kürd yaraqlıları arasında qarşıdurma yaranıb. Bu barədə, Kürdüstan “Sepah”ının komandanı Məhəmməd Hüseyn Rəcəbi oktyabrın 10-da jurnalistlərə açıqlamasında məlumat verib.

Məhəmməd Hüseyn Rəcəbi bildirib ki, hadisə, son iki gündə Kürdüstan əyalətinin Mərivan şəhərinin yaxınlığındakı Gülçidər məntəqəsində baş verib: “Yüngül və ağır silahlarla sərhədi keçərək ölkə ərazisinə daxil olan əksinqilabçı silahlı dəstənin üzvləri qüvvələrimiz tərəfindən zərərsizləşdirilib. Baş verən atışma nəticəsində əksinqilabçılar bir neçə nəfər itki verdikdən sonra silah-sursatlarını geridə buraxaraq səhnədən qaçıblar”.

İran mənbələrinin yaydığı məlumatda bildirilir ki, oxşar hadisə, İranın Kirmanşah əyalətində də baş verib və hökumət qüvvələri ilə hər iki qarşıdurmalarda 12 kürd yaraqlısı tutulub. “Sepah”ın qarşıdurmalarda verdiyi itkiləri haqda isə hər hansı bir məlumat yayılmayıb.

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar