SON XƏBƏRLƏR

Trampla bağlı vacib qərar verildi

2021.10.20, 07:36
Trampla bağlı vacib qərar verildi

Gunaz.tv
GünAz TV: Amerika Birləşmiş Ştatlarında (ABŞ) Respublikaçılar Partiyası Donald Trampın prezidentliyə namizədliyini dəstəkləməyə davam edəcək.

Bu barədə Respublikaçılar Partiyasının Milli Komitəsinin sədri Reyns Pribas deyib.

“Münasibətimizdə heç nə dəyişməyib və biz bütün səviyyələrdə seçki kampaniyasına cəlb olunmuşuq. Kampaniyanın aparılması barədə birlikdə qərar veririk”, - deyə Pribas qeyd edib.

Pribas Trampın partiyanın dəstəyini itirməsi barədə məlumatları şayiə adlandırıb. Onun sözlərinə görə, digər namizədin axtarılması barədə söhbət belə olmayıb.

Xatırladaq ki, D. Trampın 11 il əvvəl qadınlar barədə təhqiramiz ifadələrinin əks olunduğu videoçarx Amerika Birləşmiş Ştatlarında (ABŞ) rezonansa səbəb olub.

Tramp seçki kampaniyasını davam etdirəcəyini bəyan edib. ABŞ-da prezident seçkiləri noyabrın 8-də baş tutacaq. azvision.az

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar