SON XƏBƏRLƏR

Parlament seçkilərində 4 azərbaycanlı deputat mandatı qazanıb - Gürcüstanda

2021.10.20, 07:36
Parlament seçkilərində 4 azərbaycanlı deputat mandatı qazanıb - Gürcüstanda

Gunaz.tv
GünAz TV: Gürcüstanda keçirilən parlament seçkilərində 4 azərbaycanlı deputat mandatı qazanıb.

Hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasından proporsional siyahı üzrə namizədliyi irəli sürülmüş Mahir Dərziyev, hakim partiyanın majoritar siyahıdan namizədləri Savalan Mirzəyev seçicilərin 50,02 faizinin, Ruslan Hacıyev isə 56,13 faizinin səslərini toplayaraq, deputat mandatı qazanıblar. “Vahid Milli Hərəkat” partiyasının üzvü Azər Süleymanov isə proporsional siyahı üzrə mandat əldə edib. Azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonu ərazisində təşkil olunmuş 36 saylı dairədə daha bir azərbaycanlı - Əhməd İmamquliyev qələbəyə daha yaxındır.  Əhməd İmamquliyev ikinci turda qələbə qazansa, Gürcüstan parlamentində təmsil olunacaq azərbaycanlı deputatların sayı müstəqillik dövründə ilk dəfə 5 nəfər olacaq.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar