SON XƏBƏRLƏR

Urmiyədə Beynəlxalq Qız Uşaqları Günü münasibəti ilə türkcə kitablar yayılıb – Urmiyədə

2021.10.20, 07:36
Urmiyədə Beynəlxalq Qız Uşaqları Günü münasibəti ilə türkcə kitablar yayılıb – Urmiyədə

Gunaz.tv
GünAz TV: 11 oktyabr Beynəlxalq qız uşaqları günüdür.

Güney Azərbaycanın Urmiyə şəhərində Beynəlxalq Qız Uşaqları Günü münasibəti ilə uşaqlar arasında türkcə kitablar yayılıb.

GAMAC saytının yaydığı məlumata görə, kitablar oktyabrın 8-də azərbaycanlı mədəni fəallar tərəfindən uşaqlar arasında paylanılıb. Yayılan kitablar arasında Peşələr, ailə və qohumlar, Nar, Dörd fəsil, göyçək fatma və s. adlı kitablar olub.

Hər il, “26 Azər” günü (Pəhləvilər tərəfindən türk dilində yazılmış kitabların yandırıldığı gündür), Beynəlxalq Ana Dili Günü, Uşaq Günü, Kitab Günü, təhsil ocaqlarının açılışı günü və s. kimi əlamətdar günlərdə Urmiyə şəhərində simvolik olaraq türkcə kitablar yayılır, bu artıq Qərbi Azərbaycanda ənənəvi xarakter alıb.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar