SON XƏBƏRLƏR

İranda məktəb müdirinin istədiyi məbləği ödəyə bilməyəm kasıb qız şagirdlərinə şallaq zərbələri vurulub

2021.10.20, 07:36
İranda məktəb müdirinin istədiyi məbləği ödəyə bilməyəm kasıb qız şagirdlərinə şallaq zərbələri vurulub

Gunaz.tv
 GünAzTV: İranda məktəb müdirinin istədiyi məbləği ödəyə bilməyən, kasıb kənd ailələrindən olan qız şagirdlərinə şallaq zərbələri vurulub. Bu barədə zorakılığa məruz qalan qızlar jurnalistlərə açıqlamalarında məlumat verib.

 Hadisə İranın Kirman əyalətinin Rudbar məntəqəsində yerləşən Muxtarabad kəndində baş verib. Adı mediaya açıqlanmayan məktəb müdiri məktəbin bəzi ehtiyaclarını təmin etmək üçün şagirdlərin hər birindən 30 min tümən (təxminən 15 manat) pul tələb edib. Lakin kəndin kasıb və yoxsul ailələrindən olan bir neçə qız şagird bu pulu ödəyə bilməyib. Onlar məktəb rəhbərliyinə biliriblər ki, valideynləri kasıb olduğuna görə bu məbləği ödəyə bilmirlər. Bunun ardınca qız şagirdləri məktəb rəhbərliyinin qəzəbinə tuş gəlib. Belə ki, məktəb müdirinin göstərişi ilə əvvəlcə qızların hər birinə 8 şallaq zərbəsi vurulub, sonra isə onlar təhqir edilərək məktəbdən qovulublar.

 Hadisənin mediada işıqlandırılması isə cəmiyyətdə etirazlarla qarşılanıb, sosial şəbəkələrdə müzakirəyə çıxarılıb. İran konstitusiyasının 30-cu əslinə görə, ölkədə ibtidai və orta məktəbdə təhsil pulsuz olmalı və hökumət bütün məktəb xərclərini təmin etməlidir. Lakin buna baxmayaraq istər şəhər, istərsə də kənd məktəblərinin müdirləri vaxtaşırı müxtəlif bəhanələrlə şagirdlərdən pul tələb edirlər və istənilən məbləği ödəyə bilməyən şagirdlər təzyiqə, təhqirə və ayrı-seçkiliyə məruz qoyulurlar.

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar