SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda mədən məhsulları xammal kimi satılır – Azərbaycanlı millət vəkili

2021.10.20, 07:36
Qərbi Azərbaycanda mədən məhsulları xammal kimi satılır – Azərbaycanlı millət vəkili

Gunaz.tv
GünAz TV: Vərziğan Şəhər İcra Hakimiyyətinin başçısı (fərmandar) Süngün misinin xammal kimi satıldığına etiraz etdikdən sonra, bu dəfə Urmiyənin İran parlamentindəki millət vəkili oxşar açıqlama ilə çıxış edib.

“Ölkə universitetrinin siyasiləşməsi elmi inkişafa ciddi təsir edib, hazırda Səudiyyə Ərəbistanı və Türkiyə universitetləri elmi baxımdam İrandan daha çox irəlidədir”- deyə Nadir Qazipur Tətbiqi Elmlər Universitetində keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, bölgədə iş imkanlarının məhdud olması, elmi sahəyə öz təsirini göstərib və bu cəhətdən Qərbi Azərbaycan ölkə vilayətləri arasında ən son yerlərdə qərarlaşır.

Azərbaycanlı millət vəkili bölgədəki dağ-mədən işlərinə də toxunub. O bildirib ki, təəssüflər olsun ki, Qərbi Azərbaycanda mədən məhsulları xammal kimi satılır. Bunun əsas səbəbi bölgədə emal fabriklərinin olmamasıdır.”  Millət vəkili bu boşluğu aradan qaldırmaq üçün kooperativ şirkətlərinin təşkil edilməsini təklif edib.

N.S

  

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar