SON XƏBƏRLƏR

İranlı məddah: “Mənə niyə irad tutursunuz. İmam Hüseynin özü də söyüş söyərdi”

2021.10.20, 07:36
İranlı məddah: “Mənə niyə irad tutursunuz. İmam Hüseynin özü də söyüş söyərdi”

Gunaz.tv
 GünAzTV: Məşhur iranlı məddah Mənsur Ərzi oktyabrın 10-da dövlət televiziyasında “Açıq söhbət” verilişinə qatılaraq, onun minbərə çıxıb məddahlıq edərkən, etik qaydalarına zidd rəftar edərək başqalarını pis söyüşlərlə söyməsinə irad tutanların etirazına reaksiya verib.

 Dini mərasimlərdə minbərə çıxıb məddahlıq edərkən müxaliflərinə qarşı kobud ifadələr işlətməyi və hakimiyyətin islahatçılar qanadından olan tanınmış şəxsləri müxtəlif bəhanələrlə açıq-aşkar söyməyi ilə tanınan Mənsur Ərzi deyib ki, onu bu əməlinə görə tənqid edənlər özlərini haqlı saymamalıdır: “Bəzən mənə deyirlər ki, niyə söyüş söyürsən. Məddah da məgər söyər. Mən isə cavabda deyirəm ki, bəli məddah da söyüş söyər. Lakin baxır harada. Lazım olan yerdə söyər və söyməlidir də. Siz, buna görə niyə mənə irad tutursunuz. Siz mənə yox, İmam Hüseynə irad tutmalısınız. Çünki İmam Hüseyn (şiələrin üçüncü imamı) Kufə hökmranı İbn Ziyaddan danışarkən onu haramzada adlandırar, barəsində bu sözdən istifadə edərdi”.

 Mənsur Ərzinin İmam Hüseynlə bağlı bu açıqlaması istər ölkə daxilində, istərsə də ölkə xaricində bir sıra məşhur şiə islamşünasların etirazı ilə qarşılanıb. Onlar tanınmış məddahı İmam Hüseyni təhqir etməkdə,  onun şəxsiyyətini təhrif etməkdə və savadsızlıqda günahlandırıb.

 İranın dini lideri Əli Xamneyiyə ən yaxın məddahlardan sayılan və onun tərəfindən dəstəklənən Mənsur Ərzi, bundan əvvəl minbərdə etdiyi çıxışlarında İranın keçmiş prezidenti Məhəmməd Xatəmi və digər islahatçılara qarşı kobud ifadələr işlədib. O həmçinin Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi Haşimi Rəfsəncanini tribuna arxasından “Qoca kaftar”  adlandıraraq Allahdan onun tez bir zamanda ölümünü istəyib, qızına qarşı kobud ifadələr işlədib.

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar