SON XƏBƏRLƏR

“Sepah” təyyarəsi qəzaya uğrayıb. Pilot və köməkçisi həlak olub

2021.10.20, 07:36
“Sepah” təyyarəsi qəzaya uğrayıb. Pilot və köməkçisi həlak olub

Gunaz.tv
 GünAzTV: İran İnqilab Keşikçiləri Korpusuna (Sepah) məxsus yüngül kəşfiyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər həlak olub.

 Hadisə, oktyabrın 10-u axşam saatlarında İranın Sistan-Bəlucistan əyalətinin İranşəhr məntəqəsində baş verib. Bölgədə apardığı kəşfiyyat uçuşundan sonra geri dönən təyyarə, naməlum səbəblər üzündən İranşəhrin 25 kilometrliyində yerləşən Nokabad məntəqəsində qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarənin pilotu Əhməd Mayeli yerindəcə həlak olub. Olayda ağır yaralanan pilot köməkçisi Cəfər Höccəti isə xəstəxanaya çatdırılsa da onun həyatını qurtarmaq mümkün olmayıb. Hadisənin səbəbləri araşdırılır.

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar