SON XƏBƏRLƏR

Ərdəbil vilayətində yol qəzalarında ölənlərin sayı açıqlandı

2021.10.20, 07:36
Ərdəbil vilayətində yol qəzalarında ölənlərin sayı açıqlandı

Gunaz.tv
GünAz TV: Ərdəbil Vilayəti Yol Polisi İdarəsnin rəisi vilayətin yollarında baş verən avtomobil qəzaları ilə bağlı məlumat yayıb.

“Cari ilin birinci 6 ayında (İranda il martın 21-də dəyişir) Ərdəbil yollarında baş verən avtomobil qəzalarında 92 nəfər həlak olub”. Bunu Höccət Fəttahi “Mehr” xəbər agentliyinin müxbiri ilə danışıqda deyib.

Ərdəbil Vilayəti Yol Polisi İdarəsinin rəisi əlavə edib ki, builki kimi ötən ilin birinci 6 ayında da yol qəzalarında 92 ölüm faktı qeydə alınıb və bu cəhətdən heç bir dəyişiklik yoxdur. Onun sözlərinə görə, yol qəzaları qurbanlarının sayı eyni olsa da, toplam olaraq ölüm, zədə alma və yaralanma ilə nəticələnən avtomovil qəzalarının sayı 15 faiz azalıb.

Qeyd edək ki, Güney Azərbaycan yollarında təxminən hər gün çoxsaylı insan tələfatı və kütləvi xəsarət alma ilə nəticələnən müxtəlif yol qəzaları baş verir. Ölkənin səlahiyyətli orqanları isə insan həyatına real təhlükə yaradan problemi müxtəlif səbəblərlə izah edir və bu haqda tədbir almaq yerinə, sadəcə xəbər yaymaqla kifayətlənir.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar