SON XƏBƏRLƏR

Azərbaycan snayper tüfəngi ixrac edəcək

2021.10.20, 07:36
Azərbaycan snayper tüfəngi ixrac edəcək

Gunaz.tv
GünAz TV: Azərbaycan “Yalquzaq” snayper tüfənginin ixracını həyata keçirəcək.

Bu barədə Müdafiə Sənayesi Nazirliyinin “Şərq” İstehsalat Birliyinin baş direktoru İlqar Nəzərov bildirib.

İ.Nəzərovun bir ölkə ilə snayper tüfənginin ixracına dair müqavilənin imzalandığını bildirib. Ölkənin adı açıqlanmayıb.

İxracla yanaşı, Sərhəd Qoşunlarından da ilk sifarişlər alınıb.

Müəssisə rəhbərinin sözlərinə görə, HP-7.62 hücum pulemyotuna (müsəlsəl) da böyük maraq göstərilir. Daxili tələbat böyük olduğuna görə HP-7.62 pulemyotu üçün hələ ki ixrac müqaviləsi imzalanmayıb.

İ.Nəzərov qeyd edib ki, 7.62×51 mm “Yalquzaq” snayper tüfəngi bazardakı xarici oxşarları ilə müqayisədə bir çox üstünlüklərə malikdir. “Bolt action” iş prinsipinə malik “Yalquzaq” snayper tüfəngi müxtəlif hava şəraitində istifadə  oluna bilir.

Daşınma rahatlığı və erqonomikası baxımından “Yalquzaq” xüsusi təyinatlılar və hava-desant qoşunları üçün ideal seçim hesab oluna bilər. “Yalquzaq” snayper tüfəngində Azərbaycan hərbi sənayesində ilk dəfə olaraq tətiyin tənzimlənməsi mexanizmi tətbiq edilib. Bu da tətik mexanizminin sərtliyini, gediş məsafəsini atıcının rahatlığı üçün öncədən nizamlamağa imkan verir. Snayper tüfəngi 1000 metr məsafədə sərrast atışın aparılmasını təmin edir.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar