SON XƏBƏRLƏR

Rusiya Suriyada Hərbi Dəniz Qüvvələrinin bazasını yaradır

2021.10.20, 07:36
Rusiya Suriyada Hərbi Dəniz Qüvvələrinin bazasını yaradır

Gunaz.tv
GünAz TV: Rusiya Suriyada daimi hərbi dəniz bazası yerləşdirməyi planlaşdırır.

Bu barədə Rusiya müdafiə nazirinin müavini Nikolay Pankov məlumat verib. Onun sözlərinə görə, hazırlıqlar yüksək səviyyədə aparılır: “Suriyanın Tartus liman şəhərində bizim hərbi dəniz bazamız olacaq. Müvafiq sənədlər hazırlanıb. İndi onlar idarələrarası razılaşdırma prosedurundan keçirilir. Hazırlıq səviyyəsi kifayət qədər yüksəkdir. Ümid edirik ki, tezliklə bu sənədlərin ratifikasiya edilməsini xahiş edəcəyik”.

Qeyd edək ki, hazırda Tartusda Rusiya gəmilərinin maddi-texniki təchizat məntəqəsi yerləşir.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar