SON XƏBƏRLƏR

Putinin Türkiyəyə səfəri başlayıb

2021.10.20, 07:36
Putinin Türkiyəyə səfəri başlayıb

Gunaz.tv

GünAz TV: Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri başlayıb.

Putin, İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresinə qatılacaq. Yerli vaxtla saat 16:00-da Rusiya prezidentinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü nəzərdə tutulub. Görüşdə enerji məsələsi, ikitərəfli əlaqələr və Suriya məsələsi müzakirə olunacaq.

Rusiyanın energetika naziri Aleksandr Novak isə bildirib ki, Rusiya və Türkiyə arasında “Türk axını” qaz kəmərinin tikintisi üzrə hökumətərarası saziş demək olar ki, hazırdır.

Onun sözlərinə görə, sənəd bu gün İstanbuldakı Ümumdünya Enerji Konqresində imzalana bilər.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar