SON XƏBƏRLƏR

İranda daha 3 ərəb fəalı tutulub

2021.10.20, 07:36
İranda daha 3 ərəb fəalı tutulub

Gunaz.tv
 GünAzTV: İranın Xuzistan əyalətinin mərkəzi Əhvaz şəhərində daha 3 ərəb fəalı tutulub. Hadisə dörd gün əvvəl baş versə də, bu barədə xəbər yenicə yayılıb.

İran Kəşfiyyat Nazirliyinin Əhvaz şöbəsinin əməkdaşları oktyabrın 6-da yerli ərəblərin milli-mədəni hüquqları uğrunda dinc mübarizə aparan üç qardaşı, 38 yaşlı Əbdülmalik Heydəri, 26 yaşlı Məhəmməd Heydəri və 25 yaşlı Emad Heydərini atalarının mənzilində tutub naməlum istiqamətə aparıblar. Qardaşlar, tutularkən ETTELAAT əməkdaşları tərəfindən döyülərək təhqir edilib, onların kobud rəftarına etiraz bildirən bacıları zorakılığa məruz qoyulub, anaları isə infarkt keçirərək xəstəxanaya yerləşdirilib. Bildirilir ki, evdə yaralanan qarşıdurmada pəncərələrin şüşələri qırılıb.

Tutulan qardaşların hazırda harada saxlanılması və onların konkret nədə günahlandırılması barədə hər hansı bir məlumagt yayılmayıb.

Xatırladaq ki, ETTELAAT əməkdaşları oktyabrın 4-ü və 5-də daha 2 ərəb fəalını, şair Arif Nəvasiri və Amer Seylavini Xuzistanın Şadqan və Əhvaz şəhərlərində tutub naməlum istiqamətə aparmışdılar.

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar