SON XƏBƏRLƏR

Azərbaycan – Norveç: 1 zərbə, 1 qol

2021.10.20, 07:36
Azərbaycan – Norveç: 1 zərbə, 1 qol

Gunaz.tv
GünAz TV: DÇ-2018-in seçmə mərhələsində keçirilən Azərbaycan – Norveç oyununun statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, UEFA-nın hesablamalarına əsasən, skandinaviyalılar bu görüşdə aşkar üstünlüyə malik olub.

 

Yığmamız 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada çərçivəyə düşdüyü yeganə zərbə ilə qələbə qazanıb. Maksim Medvedevin zərbəsi rəqib üçün “öldürücü” xarakter daşıyıb və komandamıza 3 xal gətirib. Qonaqlar 5-i çərçivəyə olmaqla, 17 dəfə qapımızı nişan alıb.

 

Topa sahibolmada və ötürmələrdə də böyük üstünlük Norveç millisində olub. Komandamız intizamlı olması və qayda pozuntularını azlığı ilə diqqət çəkib.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar