SON XƏBƏRLƏR

Obama vaxtından əvvəl səs verdi - VİDEO

2021.10.20, 07:36
Obama vaxtından əvvəl səs verdi - VİDEO

Gunaz.tv
GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Barak Obama dövlət başçısı seçkilərində vaxtından əvvəl səs verib.

Xarici medianın yaydığı məlumata görə, Amerika lideri səs hüququndan prezident seçildiyi vaxta qədər yaşadığı Çikaqoya səfəri çərçivəsində istifadə edib.

Obama prezident vəzifəsində ikinci müddətini 2017-ci ilin yanvarında başa vuracaq. Amerika qanunlarına görə, o, üçüncü dəfə seçilə bilməz.

Prezidentlik uğrunda sabiq dövlət katibi, demokratların namizədi Hillari Klinton və respublikaçı Donald Tramp mübarizə aparır. Hillari Klinton seçkilərə bir ay qalmış prezidentlik yarışının favoriti sayılır.

Video:

https://www.youtube.com/watch?v=s3mz8uYUBcQ

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar