SON XƏBƏRLƏR

Rusiya Suriyada S-300 raket kompleksləri yerləşdirib – SƏBƏB

2021.10.20, 07:36
Rusiya Suriyada S-300 raket kompleksləri yerləşdirib – SƏBƏB

Gunaz.tv

GünAz TV: Rusiya Xarici İşlər Nazirliyi (XİN) Suriyada S-300 raket komplekslərinin yerləşdirilməsinin səbəbini açıqlayıb.

Rəsmi Moskva Suriyada S-300 raket komplekslərinin yerləşdirilməsi barədə qərarı Amerika Birləşmiş Ştatlarının (ABŞ) ölkənin hava limanlarını qanadlı raketlərlə bombardman etmək niyyətində olmasına görə verib.

"RİA Novosti" agentliyinin yaydığı xəbərə görə, bu barədə Rusiya XİN-i məlumat verib.

Bundan əvvəl Rusiya müdafiə nazirliyinin nümayəndəsi İqor Konaşenkov bildirib ki, Hmeymim və Tartusda yerləşdiriləcək S-300 raket kompleksləri hərbçilərin təhlükəsizliyini təmin edəcək və tanınmayan hədəfləri vurmaq iqtidarında olacaq.

Pentaqonun məlumatında isə bildirilir ki, ABŞ Rusiyanın Suriyada S-300 raket komplekslərinin yerləşdirilməsi ilə bağlı qərarına cavab tədbirləri görəcək. xəzər-xəbər

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar