SON XƏBƏRLƏR

Əli Laricani: “Növbəti prezidentliyə namizədliyimi irəli sürməyəcəyəm”

2021.10.20, 07:36
Əli Laricani: “Növbəti prezidentliyə namizədliyimi irəli sürməyəcəyəm”

Gunaz.tv
 GünAzTV: İran parlamentinin sədri Əli Laricani oktyabrın 7-də jurnalistlərə açıqlamasında 2017-ci ilin mayında (1396-cı ilin xordadında) ölkədə keçiriləcək növbəti prezident seçkilərində namizədliyini irəli sürüb-sürməyəcəyi barədə yayılan şayiələrə münasibət bildirib.

Əli Laricani bildirib ki, onun qarşıdan gələn seçkilərdə prezidentliyə namizədliyini irəli sürəcəyi barədə yayılan şayiələr əsassızdır: “Mən növbəti seçkilərdə prezidentliyə namizədliyimi irəli sürməyəcəyəm və belə bir fikrim də yoxdur”.

Əli Laricanidən əvvəl hakimiyyətin üsulçular (mühafizəkarlar) qanadından olan daha bir neçə şəxs, o cümlədən də İzzətulla Zərqami, Əhməd Təvəkküli, Məhəmmədrza Bahünər və daha bir neçə başqa şəxs, ayrı-ayrı bəyanatlar səsləndirərək 2017-ci ildə İranda keçiriləcək seçkilərdə prezidentliyə namizədliklərini irəli sürməyəcəklərini bildiriblər.

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar