SON XƏBƏRLƏR

İranlı axund: “Futbol yarışları zamanı Azadlıq stadionu qara parçalarla örtürülməlidir”

2021.10.20, 07:36
İranlı axund: “Futbol yarışları zamanı Azadlıq stadionu qara parçalarla örtürülməlidir”

Gunaz.tv
 GünAzTV: Oktyabrın 7-də Tehranın cümə namazına rəhbərlik edən axund Məhəmmədəli Müvəhhidi Kirmani oktyabrın 11-də namaz xütbəsindəki çıxışında “Tasua” günündə Tehranın azadlıq stadionunda İran və Cənubi Koreyanın futbol komandaları arasında keçiriləcək yarışdan danışıb.

2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatı seçmə mərhələsində, oktyabrın 11-də Tehranda İranla Cənubi Koreyanın milli futbol komandaları bir-biri ilə qarşılaşacaq. Yarışın “Aşura” günündən bir gün əvvələ, yəni “Tasua” gününə təsadüf etməsi, İranda bir sıra radikal ruhanilərin ciddi narahatlığına səbəb olub. Son günlər bəzi ayətullahlar, o cümlədən də axund Məhəmməd Yəzdi ayrı-ayrı bəyanatlar səsləndirərək, məhərrəmliyin ən qızğın əzadarlıq vaxtında, İran komandasının koreyalı rəqibinə qalib gələ biləcəyindən, bunun ardınca isə iranlı futbol tərəfdarlarının 100 min nəfərlik Tehran stadionunda şənlənib bayram edə biləcəyindən  nigaran qaldıqlarını bildiriblər.

Bu arada bəzi ruhanilər yarışın ləğv edilməsini və ya başqa bir vaxta keçirilməsini tələb etsələr də, FİFA İranın bu tələbini rədd edib və yarışın vaxtında keçirilməsinə təkid edib. Bu barədə son günlər çoxlu ziddiyyətli fikirlər səslənsə də, İranın Ali Milli Təhlükəsizlik Şurası oktyabrın 7-də iclas keçirərək məsələni müzakirə edəndən sonra yarışın vaxtında keçirilməsinə icazə verib.

Tehranın cümə namazının dönəm rəhbəri axund Müvəhhidi Kirmani deyib ki, əgər bu yarışı ləğv etmək mümkün deyilsə və müsabiqə mütləq keçiriləcəksə, o zaman İmam Hüseynə hörmət əlaməti olaraq “Azadlıq” stadionunun hər yeri qara parça və bayraqlarla örtürülməli, İran komandası rəqib komandaya qol vurduğu və ya ona qalib gəldiyi təqdirdə onun tərəfdarlarının hər hansı bir şənlənməsinin qarşısı alınmalıdır: “Əgər bu yarış keçiriləcəksə, o zaman elə etmək lazımdır ki, müsabiqəyə hakim atmosfer, yüz faiz “Aşura” və Kərbəla hadisəsi və ab-havasına uyğun bir atmosfer olsun. Belə ki, stadionun bütün qapıları, divarları və ümumilikdə hər yeri qaraya bürünməli, qara parça və bayraqlarla örtürülməli, rəqib komandaya qol vurulduğu təqdirdə isə bizim futbol azarkeşlərimiz sevinmək, çəpik çalmaq (əl çalmaq) və şənlənmək əvəzində “Ya Hüseyn” şüarı verməlidirlər”.

Qeyd edək ki, axund Müvəhhidinin bu çıxışından sonra, “Ənsar-Hizbullah” qruplaşmasına bağlı 40-50 nəfər küçədə aksiya keçirilərək “Tasua” günündə keçiriləcək həmin yarışın ləğv edilməsini tələb ediblər. A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar