SON XƏBƏRLƏR

Nobel sülh mükafatı prezidentə verildi

2021.10.20, 07:36
Nobel sülh mükafatı prezidentə verildi

Gunaz.tv
GünAz TV: 2016-cı il Nobel Sülh mükafatçısının adı açıqlanıb.

Nobel sülh mükafatı Kolumbiya prezidenti Xuan Manuel Santosa verilib. Qalibin adını Norveç Nobel Komitəsi oktyabrın 7-si Osloda açıqlayıb.

Kolumbiya prezidenti Nobel sülh mükafatına 1964-cü ildən davam edən vətəndaş müharibəsini dayandırmaq üçün göstərdiyi səylər müqabilində layiq bilinib.

Xuan Manuel Santos bu il Kolumbiya silahlı inqilabçılarının lideri ilə sülh müqaviləsi imzalayıb. Müqavilənin şərtlərinə görə, solçu üsyançılar silahı yerə qoyur.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar