SON XƏBƏRLƏR

İranda 2 ərəb fəalı tutulub

2021.10.20, 07:36
İranda 2 ərəb fəalı tutulub

Gunaz.tv
 GünAzTV: İranın Xuzistan əyalətində yerli ərəblərin milli-mədəni hüquqları uğrunda fəaliyət aparan dinc fəallar, Amer Seylavi və şair Arif Nəvasiri tutulub.

İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Xuzistan bölməsinin əməkdaşları 34 yaşlı Amer Seylavini oktyabrın 5-i axşam saatlarında Əhvazda şəxsi mənzilində tutub naməlum istiqamətə aparıblar. Bildirilir ki, evli və bir uşaq atası olan fəal, bundan əvvəl Karun çayının suyunun İsfahana və farsların yaşadığı digər bölgələrə yönləndirilməsinə qarşı kütləvi dinc etirazların  formalaşmasında aktiv rol oynamışdı.

ETTELAAT əməkdaşları həmçinin İran ərəblərinin milli kimliyi mövzusunda ərəb dilində şeir yazıb yayan şair Arif Nəvasirini oktyabrın 4-də Şadqan şəhərindəki şəxsi mənzilində tutub aparıblar. Hər iki fəalın hazırda harada saxlanılması və onların konkret nədə günahlandırılması barədə hər hansı bir məlumat yayılmayıb.

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar