SON XƏBƏRLƏR

“Sepah”, Səudiyyə gəmilərinə xəbərdarlıq edib: “Bizim sərhəd sularımıza yaxın beynəlxalq sulardan da keçməyin”

2021.10.20, 07:36
“Sepah”, Səudiyyə gəmilərinə xəbərdarlıq edib: “Bizim sərhəd sularımıza yaxın beynəlxalq sulardan da keçməyin”

Gunaz.tv
 GünAzTV: İran İnqilab Keşikçiləri Korpusu “Sepah” oktyabrın 5-də bəyanat yayaraq körfəzdə hərbi təlimlər keçirən Səudiyyə Ərəbistanı gəmilərinə xəbərdarlıq edib.

Səudiyyə gəmiləri, oktyabrın 4-dən başlayaraq İran körfəzində “Körfəz sipəri 1” adlı hərbi təlimlərə başlayıb. Səudiyyə ordusunun admiralı Macid əl Qəhtani jurnalistlərə bildirib ki, hərbi təlimlərdə məqsəd, Səudiyyə krallığının hərbi qüvvələrinin savaş qabiliyyətini yüksəltmək, ölkənin milli mənafeyini qorumaq və krallığa qarşı mümkün hər hansı bir xarici təcavüzün qarşısını almaqdır.

“Sepah”ın yaydığı bəyanatda bildirilir ki, “Sepah” qüvvələri İranın sərhəd sularını pozan hər hansı bir xarici gəmiyə kəskin reaksiya verəcək: “Təlimlərə qatılan hərbi gəmilərin İran İslam Respublikasının sərhəd sularını keçməsi qəbuledilməzdir və buna imkan verilməyəcək. Biz Səudiyyə Ərəbistanının hərbi gəmilərinə xəbərdarlıq edir, onlara deyirik ki, bizim sulara yaxınlaşmayın və hətta İranın sərhəd sularına yaxın beynəlxalq sulardan və zonadan da keçməyin. Çünki bu gəmilərin İran sularına yaxın məntəqədən keçməsi ziyansız ötüşməyə bilər”.

Oktyabrın 5-də jurnalistlərlə görüşən ABŞ Dövlət Departamentinin sözçüsü Mart Toner, təlimlərin keçirilməsi ilə bağlı İranın Səudiyyə Ərəbistanının hərbi təlimlərinə etdiyi xəbərdarlığa münasibət bildirib. O deyib ki, ABŞ hökuməti bölgədə və dünyanın digər yerlərində gəmilərin azad və beynəlxalq sularda sərbəst hərəkətini dəstəkləyir.

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar