SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Əkbər Cahangiri azadlığa buraxılıb

2021.10.20, 07:36
Azərbaycanlı fəal Əkbər Cahangiri azadlığa buraxılıb

Gunaz.tv
GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Əkbər Cahangiri  Əhər məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.

GAMAC saytının yaydığı məlumata görə, fəal oktyabrın 5-də Əhər Şəhər Məhkəməsinin qərarı ilə istintaq şöbəsinə aparıldıqdan sonra zəmanətə buraxılıb.

Hazırda əsgərlik xidmətini yerinə yetirməkdə olan azərbaycanlı fəal, “Qüds” gününə bir gün qalmış (iyulun 1-i) uyğur türklərinə dəstək nümayiş etdirməklə əlaqədar polis əməkdaşları tərəfindən yaxalanıb, 24 saat saxlandıqdan sonra azad edilib.

Ə.Cahangiri 2015-ci ilin noyabr ayında İran televiziyasının yaydığı məlum “Fitilə” verilişinə etiraz etdiyi üçün Əhər şəhərində saxlanılmışdır.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar