SON XƏBƏRLƏR

İranlı axund, Məhəmməd Yəzdi bu dəfə də küçə tamaşalarına qarşı çıxdı

2021.10.20, 07:36
İranlı axund, Məhəmməd Yəzdi bu dəfə də küçə tamaşalarına qarşı çıxdı

Gunaz.tv
 GünAzTV: 4 gün əvvəl İranın Qum şəhərində konsert keçirilməsinə müxalif olduğunu bildirən axund Məhəmməd Yəzdi, bu dəfə küçə tamaşalarına qarşı çıxıb.

Axund Yəzdi, oktyabrın 5-də Qumda keçirilən bir tədbirdə çıxış edərək deyib ki, Qum şəhərinin hörməti saxlanılmalıdır: “Mən əhalinin müəyyən çərçivədə və nəzarət altında əylənməsinin əleyhinə deyiləm. Lakin hər şey nəzarət altında olmalı, müəyyən çərçivədə keçirilməlidir. Qum şəhərində küçə tamaşaları keçirilməməlidir. Bu şəhər bütün dünyanın diqqət mərkəzindədir. Çünki şiələrin 7-ci  imamının qızının məzarı buradadır. Elə buna görə də hesab edirəm ki, bu şəhərin hörmət və ehtiramı vacibdir və ona riayət etmək gərəkdir”.

Axund Yəzdi oktyabrın 2-də qatıldığı bir tədbirdə Qum şəhərində  konsertlərin keçirilməsinə müxalif olduğunu bildirmişdi. O, İranın irşad naziri Əli Cənnətini Məşhəd və Qum kimi dini şəhərlərdə konsert keçirilməsinə icazə verdiyinə görə kəskin tənqid etmişdi: “Təəssüflər olsun ki, İrşad və Mədəniyyət Nazirliyinin əksər proqramları və atdığı addımlar “münkərat”a (pis və batil şeylərə) söykənir. Bu isə qəbuledilməzdir. Hesab edirəm ki, irşad naziri də öz siyasətinə yenidən baxmalı, fiqhi məsələlərə qarışmamalıdır”.

Axund Yəzdi bildirib ki, o, Qum şəhərində keçirilmiş bir konsertin videosuna baxıb ordakı bəzi “ayıb” səhnələri gördükdən sonra belə bir bəyanat verməyə qərar verib.

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar