SON XƏBƏRLƏR

Qəzvində sosial şəbəkə fəalı saxlanılıb

2021.10.20, 07:36
Qəzvində sosial şəbəkə fəalı saxlanılıb

Gunaz.tv
GünAz TV: “Qəzvində sosial şəbəkə fəallarından biri islam müqəddəsləri və ruhaniyyəti təhqir etmə ittihamı ilə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb”.

Bu barədə mətbuata Qəzvin prokuroru (dadistan) İsmail Sadiqi məlumat verib.

Saxlanılan şəxsin kimliyi barədə heç bir məlumat verməyən i.Sadiqi, onun prokurorluq tərəfindən təqib edildiyi və saxlanıldığını bildirib.

İ.Sadiqinin sözlərinə görə, yaxalanmış sosial şəbəkə fəalı Qəzvinin Ticarət və Sənaye Palatasının üzvü olub.

Qeyd edək ki, İran internet istifadəçilərinə qarşı amansız üsullardan istifadə edən ölkələrdən biridir. Hər il bu ölkədə çox sayda internet istifadıçisi təhlükəsizlik qüvvələri tərəfindən saxlanılır və məhkəmə qarşısına çıxarılır.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar