SON XƏBƏRLƏR

Təbrizdə polis rəsmisi: “Məhərrəmlikdə başlarını yaranlar məhkəməyə cəlb ediləcək”

2021.10.20, 07:36
Təbrizdə polis rəsmisi: “Məhərrəmlikdə başlarını yaranlar məhkəməyə cəlb ediləcək”

Gunaz.tv
 GünAzTV: Təbrizin hüquq-mühafizə qüvvələrinin rəsmisi polkovnik Fərhəng Novruzi oktyabrın 4-də jurnalistlərə açıqlamasında məhərrəmlik mərasimlərindən danışaraq Aşura günündə baş yarılmasına imkan verməyəcəklərini bildirib.

Fərhəng Novruzi deyib ki, məhərrəmlik günlərində, o cümlədən də Aşura günündə başını yaranlar və xalqın namusuna sataşanlar məhkəmə orqanlarına cəlb ediləcək: “Bizim məhərrəmlikdə əhalinin təhlükəsizliyinin qorunması və şəhərdə nizam-intizama riayət olunması məqsədilə əzadar heyətlərin məsulları ilə iclaslarımız olub və bu xüsusda lazım olan tövsiyələri onlarla etmişik.

Məhərrəmliyin ilk on günündə isə əzadarlıqların problemsiz keçirilməsi və əzadarların təhlükəsizliyinin qorunması üçün bizim əməkdaşlar gecə-gündüz ərzində şəhərdə reydlər keçirəcək, məhərrəmlik dəstə və heyətlərinə xidmət göstərəcək”.

Qeyd edək ki, hər il İranın bir sıra şəhər və kəndlərində məhərrəmlik əzadarlıqlarına qatılan bəzi şəxslər, Aşura günündə ayrıca dəstə yaradaraq günortaya yaxın bir kənara çəkilib başlarını yarırlar. Bu isə mərasimi yaxından izləyən əhalinin, o cümlədən də qadın və uşaqların qorxusuna səbəb olur.

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar