SON XƏBƏRLƏR

Həmədanda kəndlərə tankerlərlə içməli su daşınır

2021.10.20, 07:36
Həmədanda kəndlərə tankerlərlə içməli su daşınır

Gunaz.tv
GünAz TV: Həmədan Abfar Şirkətinin müdir-amili bölgədə yaşanan su problemi ilə bağlı yeni açıqlama verib.

“Bu il içməli su təmini ilə əlaqədar az problem yaşandı. Lakin hələ də 25 kəndə tankerlər vasitəsi ilə su daşınır”- deyə Seyid Mustafa Haşimi “Təsnim” xəbər agentliyinin müxbiri ilə danışıqda bildirib.

O əlavə edib ki, “bölgədə yağıntıların çox olması və Abfar Şirkətinin həyata keçirdiyi tədbirlər nəticəsində yay fəslini rahat başa vurduq. Hazırda Həmədan kəndlərində 19 içməli su sistemi layihəsi icra olunur, onlardan 9-u ilin sonunadək istifadəyə veriləcək və kəndlərdə su problemi qismən də olsa öz həllini tapacaq.”

“Hazırda 3800 ailənin yaşadığı 25 kəndə tankerlərlə su daşınır. Ötən aylarda 56 kəndə tankerlər vasitəsi ilə su çatdırırlırdı, lakin müəyyən tədbirlər alındıqdan sonra bu kəndlərin sayı 25-ə düşüb”- deyə Seyid Mustafa Haşimi bildirib.

N.S

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar