SON XƏBƏRLƏR

Xoy şəhərinin geri qalması və buna olan laqeyd münasibətə göz yummaq olmaz – İmam cümə

2021.10.20, 07:36
Xoy şəhərinin geri qalması və buna olan laqeyd münasibətə göz yummaq olmaz – İmam cümə

Gunaz.tv
GünAz TV: İran rejiminin Güney Azərbaycan şəhərlərinə qarşı apardığı ayri-seçkilik siyasəti vaxtaşırı bölgə rəhbərliyini də dilə gətirir.

“Xoy şəhəri eyni şəraitdə olan digər şəhərlərlə müqayisədə az inkişaf edib. Şəhərin geri qalması və buna olan laqeyd münasibətə göz yummaq olmaz”- deyə Xoyun imam cüməsi jurnalistlərlə görüşdə bildirib.

Şəkuri Xoy şəhərində yatırım və abadlaşdırma layihələrinin icrası məsələsinə də toxunub. “30 ildən çoxdur Xoy-Razi yolu müxtəlif podratçılara (peymankar) təhvil verilir, lakin hələ də heç bir nəticə yoxdur. Yatırım sahəsində də vəziyyət olduqca pisdir. Məsələn sement zavodunun (siman karxanəsi) fəaliyyətə başlaması və yatırımçının Xoyu tərk etməməsi üçün, mən şəxsən 80 dəfədən çox görüş keçirmişəm”- deyə o qeyd edib.

İmam cümə vurğulayıb ki, “potensial imkanları Xoy şəhərində daha az olan şəhərlərdə azad ticarət zonası yaradılıb, ama Xoy bu imkandan məhrumdur və belə bir vəziyyətə göz yummaq heç bir şəkildə doğru deyil.”

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar